12 sentyabr 2018-ci il tarixində Amiran Qiorqadze
tərəfindən doldurulmuş bəyannaməyə görə, o, 2011-ci ildə miras
yolu ilə Saimerlo kəndində 159 kv.m. sahəsi olan yaşayış evi və
1161 kv.m. torpaq sahəsi əldə edib.
2009-cu ildə Qiorqadze Marneuli şəhərində 9000 lariyə 300 kv.m.
torpaq sahəsi alıb.
Amiran Qiorqadze həyat yoldaşından fərqli olaraq daşınar əmlaka
sahib deyil. Onun həyat yoldaşı İamze Qelaşvilinin mülkiyyətində
iki minik maşını – 2015-ci ildə 3 500 dollara alınmış Toyota IST və
2018-ci ildə 8 000 dollara alınmış Toyota Camry var.
Qiorqadzenin nə bank hesabında, nə də nəğd olaraq pul vəsaiti
yoxdur.
Amiran Qiorqadze “Marneuli Trans” MMC-nin 16% səhmlərinə malikdir.
Ötən il 1 yanvardan 31 dekabradək müəssisənin fəaliyyətindən əldə
olunmuş gəlirin miqdarı 5 000 lari olub.