Xəbərlər
Maradisi sakinləri bağça tələb edir - yerliözünüidarə isə qanunla bunu yerinə yetirməyə borcludur


Marneulinin Maradisi kəndinin əhalisi meriyadan uşaq bağçasının tikilməsini tələb edir. Gender Şurasının adına yazılmış məktubu şuranın iclasında müzakirə ediblər. Gender şurasının mütəxəssisi İa Esabua məsələni müəyyənləşdirməyi planlaşdırır.

"Müvafiq xidmətə tövsiyə verəcəyik ki, gələn ilin büdcəsində bu tələb nəzərə alınsın" - dedi İa Esebua.

Kənd Marneulinin Mərkəzindən 12 kilometrdə yerləşir. 50 təsərrüfatlıq məntəqənin 1989-cu ildə Acarıstandan köçkün düşmüş ekomiqrantlar əsasını qoyublar və Maradisi adlandırıblar.

Kənddə Acarıstanın dağlıq məntəqələri üçün xarakterizə edilən qədim taxta evlərini yavaş-yavaş kərpic tikillər əvəz edib. Əhali kənd təsərrüfatı ilə məşğuldur. Yeganə munisipal bina kiçik kontingentli məktəbdir. Əhalini, doğrudur daxili yollar problemi daha çox narahat edir ancaq, qarşılıqlı iştirak büdcəsi çərçivəsində meriya onlara istirahət parkı düzəldib.


Tsitsino Bolkvadze evdar xanımdır. 39 yaşlı nənə bir yaş yarımlıq nəvəsini gəzdirir. İstəyi var ki, uşaq bağçaya elə orada getsin.

"Təxminən 20-30 uşaq var Marneuliyə aparırıq. Kənd şəraitində kiçik uşaqların bu qədər yol gedib-gəlməsi çətindir. Yaxşı olar ki, bağça kənddə olsun. Hər bir uşaq üçün sürücüyə 60 lari ödəyirik" - deyir Tsitsino Bolkvadze.

Hər iş günü valideynlər iki marşrut taksi kirayələyirlər və taksilər uşaqları Marneulinin bağçasına aparır.


Nazibrola Papidzenin böyük uşaqları tələbədirlər, kiçik isə bir yaşındadır. Tezliklə qız da konstitusiya ilə ona verilmiş xidməti əldə etmək üçün kilometrləri getməli olacaq.

"Valideynlər vaxt itirirlər. Gedib gətirirlər. Mütləq gedib uşağı gətirməlidirlər. Hər gün belə davam edir" - deyir Nazibrola Papidze.

Xatuna Bolkvadze Maradisi məktəbinin pedaqoqudur. Hər gün iki balaca uşağını bağçaya kirayələnmiş marşrut taksisi aparır. Bu xidməti əldə etmək üçün, müəllim maaşından 150 lari ödəməli olur.

"Neçə dəfə müraciət ediblər. Keçən il valideynlər Marneuliyə icra hakimiyyətinə getmişdilər. Biz Şulaveriyə maliyyələşdirə bilərik, şəhərə maliyyələşdirmək hüququmuz yoxdur. icra hakimiyyəti Marneuliyə maliyyələşdirə bilmirsə bağça seçə və normal şəraitdə ola bilmərik? Biz uşaqlarımızın yaxşı uşaq bağçasında olması üçün hər şey edirik. çox baha başa gəlir. Siz özünüz də görürsünüz hansı şəraitdə yaşayırıq. Əgər bağça tikə bilmirlərsə, vəsait yoxdur, başa düşürük, sürücünü maliyyələşdirsinlər" - dedi Xatuna Bolkvadze.

Marneuli meriyasının Maradisi sakinlərinə təklif etdiyi Şulaveri bağçasının özü yardıma ehtiyac duyur. Bağın rəhbəri Gülnara Məmmədova deyir ki, bağça qəza vəziyyətindədir və uşaqların sayı müəyyən olunduğundan artıqdır.

"Qrupda əsasən 35 uşaq olmalıdır, ancaq hər bir qrupda 45-50 uşaq var. Ümumiyyətlə yer yoxdur. Ehtiyatda da o qədər var ki, neçəsinə yox dedim, qeydiyyata almadım. Bilmirəm nə edim. Mən də istəyirəm ki, uşaqlar gəlsin, inkişaf etsinlər. ancaq yer yoxdur. Yəqin musiqi səsini eşidirsiniz. Musiqi müəllimi koridorda piano çalır, uşaqları öyrədir. Zalımız da yoxdur" - dedi Gülnara Məmmədova.

Qanuna əsasən bələdiyyə standartlarla nəzərdə tutulmuş məktəbə qədər yetişdirmə və təhsil xidmətini əhaliyə vermək öhdəliyi daşıyır.


Bu gün Marneuli bələdiyyəsində yalnız 13 uşaq bağçası var. 2015-ci ilin göstəricilərinə əsasən məktəbə qədər yetişdirmə xidmətindən kənar 6 mindən çox uşaq qalıb.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan
Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların
hüquqi vəziyyəti”
12:11 / 17.09.2017
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların hüquqi vəziyyəti”
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan
Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların
hüquqi vəziyyəti”
12:11 / 17.09.2017
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların hüquqi vəziyyəti”
პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით
ვიდეო სიახლეები