Xəbərlər
İmamquliyevin fikrincə "Avropalı Gürcüstan" partiyasını pula görə tərk ediblər, VMH-ə keçmiş üzvlər isə "Mişanın vaxtının" qayıtmasını istəyirlər
“Mənim üçün təəssüfləndirici haldır ki, belə savadsız şəxs mənim yanımda olub və sevinirəm ki, iki il ərzində hansı partiyada olduğunu bilməyən belə savadsız şəxs bizim yanımızda deyil” – deyir “Avropalı Gürcüstanın” Marneuli ofisinin rəhbəri Əhməd İmamquliyev.

İmamquliyev bizimlə söhbəti zamanı guya “Milli Hərəkatdırlar” deyərək partiyanın öz üzvlərini aldatmasını inkar etdi. O, qeyd edir ki, müxtəlif partiyalar aktivistlərə pul təklif edirlər.

“Bilirəm ki, bu gün hakimiyyət və hakimiyyətin yanında olan şəxslər belə adamları pulla alırlar və ya pul vəd verirlər ki, bizim partiyadan, bizim partiya siyahımızdan adamları çıxarsınlar” – deyir İmamquliyev.

“Avropalı Gürcüstan”ın siyasi şurasının üzvü onu da xatırlayır ki, Niyazi Quliyev partiyanı 11 sentyabrda tərk edib. Həmin gün Marneuliyə “Avropalı Gürcüstanın” prezidentliyə namizədi gəlirdi.

“Həmin şəxsin özü deməyib ki, mən sizin partiyanın üzvü olmayacam, Bakradze gəldiyi zaman bizim üzvlərimiz zəng vuranda və deyəndə ki, Bakradze Marneuliyə gəlir və biz görüş keçiririk. Həmin vaxt o, gəlmədi və onda biz artıq başa düşdük ki, kim kimdir” – deyir Əhməd İmamquliyev.

İmamquliyevin sözlərinə görə, onda Niyazi Quliyevlə Avropalı Gürcüstanın üzvlərindən birinin səs qeydi var. Orada Quliyev deyir ki, kim çox pul versə onun yanında da duracaq və onun üçün vacib olan puldur. İmamquliyev bizə qeyd olunan səs qeydini verməkdən imtina etdi və səbəb olaraq bildirdi ki, onlar şəxslərlər deyil bugünkü hakimiyyətlə mübarizə aparırlar.

Niyazi Quliyev radio ilə söhbəti zamanı İmamquliyevin partiyanı pula görə tərk etməsi ittihamlarını inkar etdi.

“Puldan söhbət gedərdisə “Gürcü Arzusuna” keçərdim. Onlar yaxşı pul ödəyirlər. Pulla nə əlaqəsi var, puldan söhbət getmir. Sadəcə mən istəyirəm ki, Saakaşvili Gürcüstana gəlsin və yaxşı, keçmiş zamanlar qayıtsın” - deyir Niyazi Quliyev.

Quliyev xatırlayır ki, “Milli Hərəkat” dağılan zaman ona Avropalı Gürcüstanın ofisində deyiblər ki, partiyanın liderləri Davit Bakradze, Qiqi Uqulava və Qiqa Bokeria Mixail Saakaşvilinin komandasının üzvləri və “onun adamlarıdırlar”. Niyazi iki il ərzində buna heç şübhə etməyib. Quliyevin sözlərinə görə, Mixeil Saakaşvilinin 5 nömrənin “Milli Hərəkat” olduğunu qeyd etdiyi bəyanatından sonra bilib ki, onu aldadırlar.

Xatırladaq ki, 1 oktyabr tarixində “Vahid Milli Hərəkatın” ofisində brifinq keçirilib. Brifinqdə partiya üzvləri olan Daştəpə sakinləri bildiriblər ki, Avropalı Gürcüstan partiyasını tərk edirlər və Milli Hərəkata keçirlər. Partiyanı tərk edən üzvlər bəyanat veriblər ki, onları Avropalı Gürcüstanda aldadırlarmış. Bu günə kimi onlar elə bilirmiş Avropalı Gürcüstan və Milli Hərəkat eyni partiyadır.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
DİN-in Kvemo Kartli Departamentinin Rustavi şəhər məhkəməsinin
əməkdaşları oğurluq cəhdi ittihamı ilə 1997-ci il təvəllüdlü L.P-nı
saxlayıblar. Cinayət 7 il müddətinə qədər azadlıqdan məhrum
edilməni nəzərdə tutur.

Hüquq mühafizəçiləri ittiham olunan şəxsi Rustavidə Şartava
prospektində yerləşən sürətli köçürmə aparatının qarət olunması
cəhdi zamanı həbs ediblər.

İstintaq oğurluğa cəhd faktına dair Gürcüstan CM-nin 19-177-ci
maddəsi ilə gedir.
23:19 / 09.12.2018
DİN-in Kvemo Kartli Departamentinin Rustavi şəhər məhkəməsinin əməkdaşları oğurluq cəhdi ittihamı ilə 1997-ci il təvəllüdlü L.P-nı saxlayıblar. Cinayət 7 il müddətinə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Hüquq mühafizəçiləri ittiham olunan şəxsi Rustavidə Şartava prospektində yerləşən sürətli köçürmə aparatının qarət olunması cəhdi zamanı həbs ediblər.

İstintaq oğurluğa cəhd faktına dair Gürcüstan CM-nin 19-177-ci maddəsi ilə gedir.

Qoç - günün ilk
yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl
xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni
işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi
arayın. Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün
əlverişli imkanlar arayın.
12:20 / 09.12.2018
Qoç - günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın. Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın.
Hər
bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha
problemli olur ki, üz dərisi daim isti və soyuq, quru və nəm
havanın növbələşməsinə məruz qalır.
12:08 / 09.12.2018
Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərisi daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.
Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşı
saxlanılıb. Saxlanılan şəxsin avtomobilnə baxış zamanı narkotik
vasitələr aşkar edilib.
00:07 / 09.12.2018
Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin avtomobilnə baxış zamanı narkotik vasitələr aşkar edilib.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin əməkdaşları 1975-ci ildə anadan olmuş B.Dz.-ni
məhkəmə qərarı əsasında zorakılıq və zorakılıqla hədələməklə irqi
ayrı-seçkilik ittihamı ilə həbs edib.
12:17 / 08.12.2018
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları 1975-ci ildə anadan olmuş B.Dz.-ni məhkəmə qərarı əsasında zorakılıq və zorakılıqla hədələməklə irqi ayrı-seçkilik ittihamı ilə həbs edib.
Meriyanın itlərin sığınacaq xidməti üçün elan
etdiyi tender beşinci dəfə baş tutub. Bu dəfə tenderdə yalnız iki
şirkət iştirak edib.
19:03 / 07.12.2018

Meriyanın itlərin sığınacaq xidməti üçün elan etdiyi tender beşinci dəfə baş tutub. Bu dəfə tenderdə yalnız iki şirkət iştirak edib.

2
oktyabr tarixindən sonra Marneuli meriyasının rəsmi
17:29 / 07.12.2018

2 oktyabr tarixindən sonra Marneuli meriyasının rəsmi "Facebook" səhifəsində Azərbaycan dilinə tərcümə olunmuş məlumat və elanlar tapmaq mümkün deyil.

Marneulili müğənni Anar
Əsgərovun gün ərzində sevərək dinlədiyi mahnların top onluğunu
təqdim edirik.
16:41 / 07.12.2018
Marneulili müğənni Anar Əsgərovun gün ərzində sevərək dinlədiyi mahnların top onluğunu təqdim edirik.