Marneuli miqyasında seçki məntəqələri vaxtında açılıb - Koba Asanidze
Marneuli Seçki Komissiyasının sədri Koba Asanidzenin dediyinə görə, Marneuli miqyasında seçki məntəqələri vaxtında açılıb və səsvermə prosesi sakit şəraitdə davam edir.
“Cəmi 90 məntəqə var. Məntəqələr səhər saat 07:00-də açılıb, püşkatma qanuna müvafiq şəkildə keçirilib və 08:00-da səsvermə prosesi başlayıb.” – Koba Asanidze deyir.

Seçicilərin şəxsiyyət vəsiqəsi və ya pasportu yanında olmalıdır.

Prezident seçkiləri üçün
süçiciyə yalnız bir bülleten verilir.

Seçici namizədlərdən yalnız birinin adını dairəyə almalıdır. Əgər birdən artıq namizədin adı dairəyə alınarsa, həmin bülleten etibarsız sayılacaq.

Seçki subyektlərinin Gürcüstan miqyasında 82 980 nümayəndəsi var.

Seçki prosesini 79 yerli müşahidəçi təşkilatın 22 032 müşahidəçisi, beynəlxalq müşahidəçi təşkilatların isə 1 100 müşahidəçisi izləyir.




"Marneuli" radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google