Bu gün, 28 oktyabr tarixində 46 saylı
seçki məntəqəsi olan Kirəç Muğanlı kəndində seçkilər saat 08:00-dan
başlayıb.
20 nəfər hərbiçi olmaqla 960 nəfər seçici qeydiyyatdan keçib.
Seçkidə ilk seçici olaraq Kənan Qəhrəmanov iştirak edib.
Hal-hazırda məntəqədə seçkilər qaydaya uyğun şəkildə davam
edir.
Qeyd edək ki, bu il Gürcüstanda son dəfə prezident seçkiləri
keçirilir. Bu il prezidentlik uğrunda 25 nəfər mübarizə aparır.