Səyyar qutunu yalnız Salome Zurabişvilinin nümayəndələri müşayiət edirlər – Əhməd İmamquliyev

“Avropalı Gürcüstan”ın üzvü Əhməd İmamquliyev seçki prosesini dəyərləndirir və bildirir ki, məntəqələrdə hələlik sakitlikdir, lakin bir neçə problem olub. İmamquliyevin dediyinə görə, problem səyyar qutu ilə bağlıdır.

Misal üçün, Sadaxlı inzibati ərazi vahidliyində səyyar seçki qutusunu yalnız “Gürcü Arzusu” partiyasının dəstəklədiyi müstəqil namizədin nümayəndələri müşayiət edirlər.

“Bəzi məntəqələrdə səyyar qutuları yalnız Salome Zurabişvilinin nümayəndələri aparır və müxalif partiyaların nümayəndələrini onlarla birlikdə getməyə qoymurlar”, - deyə İmamquliyev bildirir.

Bu gün, 2018-ci il 28 oktyabr tarixində Gürcüstan vətəndaşları prezidenti sonuncu dəfə seçirlər.

Marneuli miqyasında ümumilikdə 90 məntəqə açılıb. Onlardan 15-i məhdud fiziki şəxslər üçün uyğunlaşdırılıb. Marneulidə cəmi iki məntəqədə pandus var.

Prezident seçkilərində Marneulidə 99 173 nəfər seçici qeydiyyatdan keçib.

“Marneuli” radiosu

 

Print ელ. ფოსტა
თეგები: Prezident seçkiləri - 2018
FaceBook Twitter Google