Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze öz seçimini
etmək üçün səhər tezdən Saimerlo kəndində yerləşən 27 saylı
məntəqəyə gedib.
Lakin bizim orada olduğumuz müddətdə hələ səs verməmişdi. Bizimlə
söhbəti zamanı o, bildirdi ki, şəxsiyyətini təsdiq edən sənədi
maşında qalıb, onu götürdükdən sonra öz seçimini edəcək.
“Mən çoxdan qərar vermişəm, səsimi müstəqil namizədə verəcəyəm. Bu
gün mühüm gündür. Seçkilər hələ ki sakit şəkildə davam edir və
fikrimcə sona qədər belə davam edəcək.”
Bu gün, 2018-ci il 28 oktyabr tarixində Gürcüstan vətəndaşları
prezidenti sonuncu dəfə seçirlər.
Marneuli miqyasında ümumilikdə 90 məntəqə açılıb. Onlardan 15-i
məhdud fiziki şəxslər üçün uyğunlaşdırılıb. Marneulidə cəmi iki
məntəqədə pandus var.
Prezident seçkilərində Marneulidə 99 173 nəfər seçici qeydiyyatdan
keçib.
“Marneuli” radiosu