Marneuli Bələdiyyə Məclisinin sədri öz seçimini etmək üçün səhər tezdən seçki məntəqəsinə gedib
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze öz seçimini etmək üçün səhər tezdən Saimerlo kəndində yerləşən 27 saylı məntəqəyə gedib. Lakin bizim orada olduğumuz müddətdə hələ səs verməmişdi. Bizimlə söhbəti zamanı o, bildirdi ki, şəxsiyyətini təsdiq edən sənədi maşında qalıb, onu götürdükdən sonra öz seçimini edəcək.

“Mən çoxdan qərar vermişəm, səsimi müstəqil namizədə verəcəyəm. Bu gün mühüm gündür. Seçkilər hələ ki sakit şəkildə davam edir və fikrimcə sona qədər belə davam edəcək.”

Bu gün, 2018-ci il 28 oktyabr tarixində Gürcüstan vətəndaşları prezidenti sonuncu dəfə seçirlər.

Marneuli miqyasında ümumilikdə 90 məntəqə açılıb. Onlardan 15-i məhdud fiziki şəxslər üçün uyğunlaşdırılıb. Marneulidə cəmi iki məntəqədə pandus var.

Prezident seçkilərində Marneulidə 99 173 nəfər seçici qeydiyyatdan keçib.

“Marneuli” radiosu

Print