Birləşmiş müxalifətin dediyinə görə, Mamuka Naveriani seçkilərin gedişini koordinasiya edir
“Gənclər Avropalı Gələck Naminə”
təşkilatının müşahidəçisi Ceyhun Qarayev bildirir ki, “Gürcü
Arzusu”nun nümayəndəsi Xaləddin Hüseynov birləşmiş müxalifət “Güc
Birlikdədir” hərəkatının nümayəndəsinə fiziki təzyiq
göstərib.
Birləşmiş müxalifətin nümayəndəsi Qivi Kveladze Marneulidə inzibati
resurslardan istifadə olunduğunu deyir.
O, hadisə yerinə gəlmiş Marneuli Bələdiyyə Məclisinin sədr müavini
Mamuka Naverianiyi təbliğatla məşğul olmaqda ittiham edir və
bildirir ki, Bələdiyyə Məclisinin üzvləri təbliğatda iştirak
edirlər.
Bələdiyyə Məclisinin sədr müavini isə onu böhtan atmaqda ittiham
edir.
Kveladzenin bildirdiyinə görə, Araflı, Aşağı Saral kəndlərində də
qanun pozuntuları olub. Həmin kəndlərdə “Gürcü Arzusu”nun
nümayəndələri müstəqil namizəd üzərində Salome Zurabişvilinin seçki
nömrəsi yazılmış köynəklərlə seçki məntəqəsinə gəliblər.
Mamuka Naveriani bildirir ki, seçki məntəqələrində səsvermənin
gedişinin obyektivliyini müşahidə edir.
“Bütün şərhlər yalandır və birləşmiş müxalifət hara gedir, orada
təxribat oldu və insident baş verdi.” – Mamuka Naveriani
bildirir.
Qarşıdurma nəticəsində müşahidəçilər qrupu patrul ekipajı
çağırıblar. Birləşmiş müxalifətin zərər çəkmiş üzvü xəstəxanaya
aparılıb.
“Çoxmillətli Gürcüstan” təşkilatı həmin məntəqədə qanun pozuntuları
barədə ilk olaraq saat 11-də keçirdikləri brifinqdə məlumat
vermişdilər. Onlar seçki məntəqəsinin gec açıldığını
bildirmişdilər.