DİN - İmirdə seçki məntəqəsində baş vermiş hadisədə iştirak edən hər iki şəxs saxlanılıb

DİN-in 112 xidmətinə Marneuli rayonunun İmir kəndindən 59 saylı seçki məntəqəsində komissiya üzvünün döyülməsi faktı ilə bağlı məlumat daxil olub.

Kvemo Kartli Polis Departamentinin əməkdaşları dərhal qeyd olunan məntəqəyə gediblər.

Müəyyən olub ki, “Milli Hərəkat” partiyasının üzvü Fikrət Qarayev və “Gürcü Arzusu” partiyasının üzvü Xaləddin Hüseynov arasında sözlü və fiziki qarşıdurma baş verib. Vəziyyəti yüngülləşdirmək üçün məntəqəyə hüquq mühafizəçilərini çağırıblar. Polisin ictimai qaydanı qorumaqla bağlı bir neçə dəfə xahiş etməsinə baxmayaraq ona tabe olmayıblar və nəticədə hər iki tərəfin nümayəndəsi inzibati xətalar məcəlləsinin 173-cü maddəsinə əsasən saxlanılıb.

Baş vermiş faktla bağlı CM-nin 162-ci prima maddəsinin birinci hissəsi ilə istintaq başlayıb. Maddə seçki məntəqəsində, seçki komissiyasının yerləşdiyi yerdə və ya onun ətraf ərazisində zorakılığı nəzərdə tutur.

 

 

Print ელ. ფოსტა
თეგები: Prezident seçkiləri - 2018
FaceBook Twitter Google