“Gürcü Arzusu” partiyasının keçirdiyi eqzit-polun nəticələrinə görə Zurabişvili 52.3% səs toplayaraq qalib gəlir
“Gürcü Arzusu”nun sifarişi ilə “Psixolayihə” tərəfindən keçirilən 2018-ci il prezident seçkiləri eqzit-polunun nəticələri məlum olub.
“Gürcü Arzusu”nun eqzit-polunun nəticələrinə görə, prezidentliyə namizədlərin topladığı səslər aşağıdakı kimidir:
  • Salome Zurabişvili – 52.3%
  • Qriqol Vaşadze – 28.1%
  • Davit Bakradze – 9.2%
  • Digər namizədlər – 10.4%
“Psixolayihə” Zurab Biqvava tərəfindən
təsis edilmiş araşdırma şirkətidir. Biqvava özü isə illərdir ki, Bidzina İvanişviliyə yaxınlığı ilə tanınır.

“Rustavi 2”nin keçirdiyi eqzit-polun nəticələri isə kəskin fərqlənir. “Rustavi 2”nin nəticələrinə görə, seçkilərin 2-ci turu mütləq keçiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები