İmamquliyev keçmiş komanda yoldaşları ilə əməkdaşlıq edəcək ya yox, bu rəsmi açıqlamadan sonra məlum olacaq
Seçkilərin ilkin nəticələri elan olunduqdan sonra “Avropalı Gürcüstan” partiyasının prezidentliyə namizədi Davit Bakradze hakim partiyaya qarşı digər müxalifət partiyası ilə birləşməyi qərara aldı.
Bəs “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyev keçmiş komanda yoldaşları ilə əməkdaşlıq edəcək? Xatırladırıq ki, seçkiöncəsi ərəfədə mübahisə yaranmışdı və onların partiyasından bir neçə nəfər “Vahid Milli Hərəkat”a keçmişdi. İmamquliyev hələlik hər hansı bir şərh verməkdən imtina edir, lakin deyir ki, hakim partiyanın qələbə qazanmaması üçün əlindən gələni edəcək.

“Bu məsələ ilə bağlı daha sonra bəyanat verəcəyəm. Dəqiq bilmirəm bizim əməkdaşlığımız hansı səviyyədə olacaq. Lakin bir şeyi deyə bilərəm ki, biz “”Gürcü Arzusu” ilə həmişə mübarizə aparmışıq və yenə də mübarizə aparacağıq”,
- deyə Əhməd İmamquliyev bildirib.

İmamquliyev rəsmi açıqlamanı “Avropalı Gürcüstan” siyasi şurasının partiyanın bütün regional nümayəndələrinin iştirak edəcəyi və seçkilərin ikinci turunun müzakirə olunacağı iclasından sonra verəcək.

Siyasi şuranın iclası bu gün Tbilisiyə təyin olunub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google