Temur Abazov və Otar Partsxaladzeni eyni vəkil müdafiə edir
Qeyri-insani və alçaldıcı rəftar ittihamı ilə həbs edilən Marneuli meri Temur Abazovu və “El Centre” insidenti ilə bağlı döymə ittihamı ilə saxlanılan keçmiş baş prokuroru eyni vəkil – Qaqi Mosiaşvili müdafiə edir.
Marneuli meri Temur Abazov 13 iyun tarixində saxlanılıb. O, Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarda ittiham olunur.

6 sentyabr tarixində ilkin məhkəmə iclasında ona qarşı ittihamlar 157-ci prima 1 və prima 2 maddələri ilə ağırlaşdırılıb. Həmin maddə şəxsi həyatı əks etdirən məlumatın və şəxsi məlumatın yayılmasını nəzərdə tutur.

Keçmiş baş prokuror Otar Partsxaladze prokurorluq tərəfindən irəli sürülən ittihamları qəbul etmir. Bu barədə Partsxaladzenin vəkili Qaqi Mosiaşvili 1-ci kanala məlumat verib.

Onun bildirdiyinə görə, prokurorluq Partsxaladzeyə qarşı döyməni nəzərdə tutan 126-cı maddə ilə ittiham irəli sürüb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები