9 noyabr tarixində Marneuli Mədəniyyət Mərkəzində Əli və Nino tamaşası səhnəyə qoyulacaq
Sabah, 9 noyabrda "Marneuli
bələdiyyəsinin mədəniyyət mərkəzi" Tsxinvalinin İvane Maşabeli
adına peşəkar dövlət dram teatrına ev saibliyi edəcək.
Onlar Qurban Səidin romanınan əsasən
qoyulmuş "Əli və Nino" tamaşasını təqdim edəcəklər. Tamaşa
Gürcüstan və Azərbaycanın müstəqilliyinin 100 illiyinə həsr
olunub.
Mədəniyyət Mərkəzinin tədbirlər üzrə təşkilatçısı Zura Xaptani
deyir ki, sabah tamaşaçıları maraqlı tamaşa gözləyir və mütləq
gəlməlidirlər.
“Marneuli Mədəniyyət Mərkəzi teatr həftəsini davam
etdirir. Sabah ikipərdəli yaxşı tamaşa olacaq. Hər kəsi dəvət
edirəm. Şəxsən özüm tamaşa etmişəm, həqiqətən çox
gözəldir”, - Zaza Xaptani deyir.
Tamaşa sabah saat 18:00-da başlayacaq. Tədbir Gürcüstan Təhsil,
Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi, Q.Leonidze adına
gürcü ədəbiyyat muzeyi tərəfindən təşəbbüs edilmiş "Rəngarəng
Gürcüstan" layihəsi çərçivəsində baş tutacaq. Giriş
pulsuzdur.