Dini Məsələlər üzrə Agentliyin sədri Zaza Vaşakmadze Şeyx
Mirtağının həbs olunması məsələsi ilə bağlı məlumatsızdır.
Vaşakmadze bizimlə söhbət zamanı dedi ki, o, şeyxin həbsi haqqında
məlumatı media vasitələrindən alıb və hələ ki, artıq məlumatı
yoxdur.
"Əlbəttə bu məsələni aydınlaşdıracağıq, amma hələ əlavə
məlumat almalıyıq. Bəzi şeyləri dəqiqləşdirməliyik" -
deyir Zaza Vaşakmadze.
Xatırladaq ki, "Ümum Gürcüstan Müsəlmanları Ali Dİni İdarəsinin"
sədri Şeyx Mirtağı Əsədov Azərbaycan Respublikasının sərhəd
buraxılışı məntəqəsində 7 noyabrda saxlanılıb.
Ola bilsin onun saxlanılması Gürcüstanda şiə müəslmanlarının
hüququları və dini konfesiyaların bərabərhüquqluluğu üçün mübarizə
aparması ilə əlaqədardır. İndiyə kimi Şeyx Mirtağı Əsədov rəsmi
ittiham edilməyib və onunla vəkil görüşməyib.
Mirtağı
Əsədov rəsmi olaraq ittiham irəli sürülməsini, qeyri-hökumət
təşkilatları isə hakimiyyətin reaksiyasını gözləyirlər
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı
Əsədovu Azərbaycanda indiyə qədər müəyyən olmayan səbəbdən
saxlayıblar