404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.

Marneuli meriyasından ənənəvi olaraq gecikdirilmiş və natamam məktub
Meriya rəsmi məktuba cavabı ənənəvi olaraq yenə gecikdirdi. Yazdığımız məktuba cavabı 10-cu gün əvəzinə 11-ci gün aldıq.
“Marneuli” radiosu Marneuli meriyasına rəsmi olaraq 30 oktyabr tarixində müraciət edib. Məktuba cavabı 12 noyabr tarixində almalı idik. Lakin Marneuli meriyası ənənəsini pozmadı və rəsmi məlumatı gecikdirdi.

“Marneuli” radiosu Gürcüstan İnzibati Məcəlləsinin meriya tərəfindən pozulmasına artıq alışıb. Lakin bu dəfə daha bir problem meriya tərəfindən rəsmi məktubumuza tam cavab verilməməsi oldu.

Biz rəsmi qaydada 2018-ci ilin 1 yanvar tarixindən bu günədək tullantıların qeyri-qanuni olaraq atılması ilə bağlı neçə cərimə yazıldığı, bu cərimələrin nə vaxt və harada yazıldığı barədə məlumat tələb etmişdik.

Meriya isə göndərdiyi cavabda neçə cərimə yazıldığı ilə bağlı məlumat versə də, harada və nə zaman yazılması ilə bağlı məlumat verməyib.

Marneuli meriyasından isə bildirdilər ki, ötən gün almalı olduğumuz məlumatı aydınlaşdırmaq üçün yenidən rəsmi məktub yazmalı və müvafiq olaraq yenə 10 gün gözləməliyik.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024