Marneuli bələdiyyəsinin 2019-cu il büdcəsinin
ictimai müzakirəsi bu gün, 27 noyabrda baş tutub. İctimai
müzakirədə jurnalist və operatorlardan başqa yalnı meriya və
bələdiyyə məclisi nümayəndələri iştirak
edirdilər.
Marneuli bələdiyyəsinin rəsmi veb-səhifəsində ictimai müzakirənin
aparılması ilə bağlı məlumat 26 noyabrda yayımlanıb. Saytda qeyd
olunan bəyanatı yalnız 32 nəfər görüb.
Marneuli bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridze deyir
ki, Marneuli bələdiyyəsində əhali aktiv deyil.
“Bizim qoşulmaq problemimiz var. Bu problem hər yerdə
var və Marneulidə xüsusi olaraq mövcuddur. Əhali məlumatsızdır.
Artıq 19 noyabrdan yetərli vaxt keçib və veb səhifəyə 1 də
gəlməyib” - deyir Nino Beridze.
Marneuli bələdiyyəsinin büdcəsinin ictimai müzakirəsi haqqında 19
noyabrda veb səhifədə məlumat yayımlanıb və orada qeydlərin
qəbulunu yazılı şəkildə və ya bələdiyyə məclisinin, bələdiyyənin
rəsmi veb səhifəsinə göndərmələri tələb olunurdu.
Marneuli Demokrat Qadınlat Cəmiyyətinin sədri Olqa Endeladzenin
bələdiyyənin büdcəsinin ictimai müzakirəsində iştirak etmək istəyi
var imiş. Amma ictimai müzakirənin keçirilməsi haqqında yalnız bu
gün məlumat alıb.
“İctimai müzakirə haqqında məlumat keçən iş gününün ikinci
yarısında paylaşılıb. Yayımlanmayıb və bizdə bilməmişik. Bizim heç
cür iştirak etmək imkanımız olmadı. Biz təşkilatlar maraqlanırıq və
bu mövzu üzərində çalışırıq ki, ümumi olaraq müzakirə edək və ya
hansısa üsul fikirləşək. Sadəcə bu məlumatı belə formatda və bu
vaxt almaq mümkün deyil. Buna görə də ictimai müzakirədə iştirak
etmək həqiqətən də mümkünsüzdür” - deyir Olqa
Endeladze.
Endeladze ictimai müzakirənin belə şəkildə keçirilməsinə etiraz
edir. Deyir ki, uyğun şəkildə yayımlanmalıdır ki, əhali ictimai
müzakirədə iştirak edə bilsin.
Olqa Endeladze deyir ki, Marneuli bələdiyyəsinin 2019-cu il
büdcəsinin ictimai müzakirələri formal olaraq keçirilir.
Marneuli əhalisinin bir hissəsinin büdcənin ictimai müzakirəsi
haqqında ümimiyyətlə məlumatı yoxdur.
- “Bizim heç bir məlumatımız yoxdur. Sadə kənd
əhalisiyik”
- Büdcənin planlaşdırılmasında iştirak etmək hüququnuzun olmasını
bilmirdiniz?
- Xeyr heç nə bilmirik. Əgər belə bir şey meriyada baş
verirsə bu xəbər bizə yalnız indi çatır” – deyir
Qaçağanda yaşayan kişi.
- “Ümumiyyətlə bizdən kim büdcə soruşur? Birinci
dəfədir bu məsələni eşidirəm” - deyir Mareti ərazi
birliyinə daxil olan adsız məntəqənin sakini.
- “Heç kimi burada görməmişik ki, gəlsin. Bu kəndin
yaşamı ilə maraqlanmırlar da” - deyir adsız
məntəqənin sakini olan qadın.
“Beynəlxalq Şəffaflıq Gürcüstan”ın hüquqşünası Arçil Todua bizimlə
söhbəti zamanı izah edir ki, yerli özünüidarəetmənin bütün əsasə
ondadır ki, vətəndaşları proseslərə qoşulmalıdırlar.
“Vətəndaşın hüququ var ki, özünüidarənin işlərinə,
həmçinin ən vacib sənədin büdcənin müzakirəsinə qoşulsun və
təkliflər irəli sürsün. Meriya və bələdiyyə məclisinə yazılı və
şifahi ərizə ilə təklif bildirsin” - deyir Arçil
Todua.
İctimai müzakirədə 17 nəfər iştirak edirdi Onların 3 jurnalist, 2
operator 12 isə özünüidarəetmə üzvü idi.