Komissiya üzvləri Marneulidə Vaşadzenin nümayəndəsinə: Rədd ol burdan, təxribatçı
Marneuli seçki dairəsinin 5-ci seçki məntəqəsində Qriqol Vaşadzenin nümayəndəsi (“Mülki İnkişaf üzrə Beynəlxalq Şəbəkə) Farik Musaqulovu komissiya üzvləri seçki prosesi zamanı maneçilik törətmə və təxribatda günahlandırırlar.
Komissiya üzvləri və Farik Mursaqulov arasında qarşıdurma Qriqol Vaşadzenin nümayəndəsinin qeydiyyat masasının yanında daxil olan seçicinin yanında durmasından və oradan onun qeydiyyat prosesini müşahidə etməsindən sonra baş verib.

Komissiya üzvləri Mursaqulova qeyd bildiriblər və onu təxribatda günahlandırıblar – “rədd ol burdan, təxribatçı”, “sən artıq əsəblərimizlə oynayırsan”, bu və digər frazalarla onu məntəqədən uzaqlaşdırmağa çalışıblar. Sonradan məntəqəyə dairə nümayəndələri gəliblər, onlar da Mursaqulovu təxribatlarda günahlandırıblar.

Qriqol Vaşadzenin nümayəndəsini güclə həyətə çıxarmağa seçki məntəqəsinə daxil olmuş yad adam da cəhd göstərib.
Mursaqulov özü Netgazetiyə bildirib ki, o, proseduru başqa məntəqədən gəlmiş adamın ikinci dəfə səs verməməsi üçün müşahidə edirmiş:

“Bu seçkilər demokratik seçkilərin heç yaxınına da gedə bilməz. Mənə məlum olduğuna görə oxşar faktlar başqa məntəqələrdə də baş verib və ona görə də siyahıları müşahidə etmək istəyirdim”.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google