Marneulidə Vaşadzeyə ən çox Sabirkənddə, Zurabişviliyə isə ən çox Şaumyanidə etimad göstəriblər

Mərkəzi Seçki Komissiyası Marneulidəki 90 məntəqənin hamısının nəticələrini hesablayıb.


Marneuli miqyasında Salome Zurabişviliyə ən çox etimadı Şaumyan qəsəbəsində göstəriblər. Burada səsvermədə iştirak edən 841 seçicidən 746 nəfəri Zurabişviliyə səs verib.

Qriqol Vaşadzeyə isə ən çox Sabirkənd seçiciləri səs verib. Burada səsvermədə iştirak edən 786 seçicidən 540 nəfəri Qriqol Vaşadzeyə səs verib.

Xatırladırıq ki, Marneulidə Birləşmiş Müxalifət “Güc Birlikdədir” hərəkatının namizədi Qriqol Vaşadze 41.92% səs toplayıb ki, bu da 21 267 seçiciyə bərabərdir. “Gürcü Arzusu”nun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişviliyə isə 29 463 seçici etimad göstərib ki, bu da 58.08% deməkdir.

"Marneuli" radiosu

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები