2
oktyabr tarixindən sonra Marneuli meriyasının rəsmi "Facebook"
səhifəsində Azərbaycan dilinə tərcümə olunmuş məlumat və elanlar
tapmaq mümkün deyil.
Düzdür, 2 oktyabradək Azərbaycan dilindəki mətnin müzakirəsi yalnız
Gürcü dilində yayımlanmış materialın altındakı şərhlərdə mümkün
idi, lakin indi nə məlumatlarda, nə də şərhlərdə Azərbaycan dilində
mətnə rast gəlmək olmur.
"Facebook" səhifəsində Azərbaycan dilində məlumatları əsasən
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı
Turac İbrahimova yerləşdirirdi. O, 8 oktyabr tarixində Algeti
kəndində yeni açılmış uşaq bağçasının rəhbəri təyin olundu, buna
görə də İctimaiyyətlə Əlaqələr Şöbəsindən getdi və müvafiq olaraq
Gürcü dilini bilməyən Azərbaycanlı sakinlər üçün meriyanın “səsi”
yox oldu.
Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Mariam Xaçidze deyir ki, meriyada indiki mərhələdə ictimaiyyətlə
əlaqələr şöbəsində 3-cü kateqoriyada 3 vakansiya elan olunub. Qeyd
olunan vəzifəni məhz Turac İbrahimova tuturdu.
Hələ ki, İbrahimovanın vəzifəsini kim yerinə yetirəcək bilinmir.
İctimaiyyətlə əlaqələr şöbəsinin yeni əməkdaşı azərbaycan dilini
biləcəkmi və gürcü dilini bilməyən Marneuli sakinlərinə meriyanın
"itmiş səsi" qayıdacaqmı - bu hələ məlum deyil.