2020-ci ildən vahid milli imtahanlarda məntiq fənninin məcburi olmasının ləğvi ilə bağlı dəyişikliklər "1+4" proqramına şamil olunmayacaq
2020-ci ildən
vahid milli imtahanlarda ümumi bacarıqlar imtahanının verilməsi
öhdəliyinin lağv edilməsini nəzərdə tutan dəyişiklik 1+4 proqramına
aid olmayacaq.
Bu
haqda Marneuli radiosuna Təhsil, Elm, Mədəniyyət və İdman
Nazirliyindən bildiriblər. İzah ediblər ki, 1+4 proqramının
tələbləri üçün heç bir dəyişiklik olmayacaq və ümumi bacarıqlar
imtahanını vermək yenə məcburi olacaq.
1+4 proqramı ümumi bacarıqlar imtahanı erməni, azərbaycan, abxaz,
os dillərində imtahan verməyi və müvafiq bal toplanılan halda ali
təhsil almaq imkanını nəzərdə tutur. Gənclər 1 il ərzində gürcü
dili hazırlıq kursunu keçirlər və sonra 60 kredit topladıqları
halda təhsillərini istədikləri fakültədə davam etdirirlər.
Qeyd etmək lazımdır ki, bu gün, 28 yanvarda məlum oldu ki, 2020-ci
ildən vahid milli imtahanlarda ümumi bacarıqlar imtahanı məburi
olmayacaq. Eləcə də 11-ci sinif şagirdləri üçün attestat
imtahanları 2019-cu ildə ləğv olunur.