Bu gün, 13 fevral tarixində Mülki Məşğulluq
Mərkəzində media vasitələrin nümayəndələri ilə görüş keçirildi.
Görüşdə media polarizasiya məsələsi müzakirə
olunub.
Bizimlə söhbət zamanı Jurnalistika üzrə
resurs-mərkəzin sədri Natia Kupraşvili izah etdi ki, ölkənin
polarizasiyalaşdırılması media sisteminə böyük problemlər
yaradır.
“Belə kəskin siyasi polarizasiya olduğu halda, bu media
polarizasiyasına da təsir edəcək və lap elə sonuncu seçkilərin
monitorinq nəticələri göstərir ki, bu polarizasiya daha da
kəskinləşir. İkinci turdan əvvəlki dövrün monitorinqlərinə baxsaq
görərik ki, faciəvi vəziyyət yaranıb. Bu faktiki olaraq cəmiyyətin
kəskin bölünməsinə səbəb olub və bu ölkə üçün təhlükəlidir. Ona
görə də bizim görüşlərin məqsədi odur ki, bizim həmkarla,
jurnalistlərlə birgə bu problemlə mübarizə mexanizmləri və müstəqil
medianın gücləndirilməsi haqqında danışaq” - Natia
Kupraşvili deyir.
Görüşdə media vasitələri və QHT sektoru nümayəndələri öz
rekomendasiyalarını verdilər. Rekomendasiya paketi iştirakçılar
arasında paylanacaq.
Oxşar görüşlər regionlarda artıq ikinci dəfədir ki, keçirilir.
Kupraşvilinin sözlərinə görə, bir il ərzində media polarizasiya
daha da pisləşib və bunun üçün yeni müzakirələrə və çıxış yolunun
axtarılmasına ehtiyac var.
Layihəni “Democracy Reporting International” və Gürcüstanın Gənc
Hüquqşünaslar Assosiasiyası ilə əməkdaşlıqla həyata keçirir.