Marneulidə 2000-ci il təvəllüdlü yeniyetmənin intihar etdiyi güman olunur (YENİLƏNİB)
Marneulidə 2000-ci il təvəllüdlü yeniyetmənin intihar etdiyi güman olunur. Hadisə ötən gün, 14 fevral tarixində baş verib.

Qonşuların dediyinə görə, yeniyetmə özünü həyətlərindəki maşın qarajında asıb. İntiharın səbəbləri məlum deyil.

Jurnalistmiz dünyasını dəyişən yenitmənin yaşadığı evdə olub. Qonşularla söhbət zamanı onlar bildiriblər ki, uşaq sakit və tərbiyəli biri olub. Yeniyetmə evə qapalı biri olub və gün ərzində evdə öz ailəsinə kömək edirmiş.

Onu da qeyd ediblər ki, dünyasını dəyişən gənc gün ərzində internetdən mütamadi olaraq istifadə edirmiş və o, həyətdə idman etmək üçün alət düzəltmək istəyirmiş.

Onlar qeyd ediblər ki, intihara nəyin səbəb olduğundan xəbərsizdilər.

Qeyd edək ki, hadisə zamanı yeniyetmənin ailə üzvləri evdə olmayıb və o, evdə tək olub. Yas mərasiminə getmiş anası və nənəsi evə qayıdan zaman onu ölmüş vəziyyətdə tapıblar. Yeniyetmənin bir bacısı və bir qardaşı var. O, evin kiçik övladı olub.

Hadisə yerinə təcili yardım çağırılıb. Mərhumun cənazəsi ekspertiza olunmaq üçün Rustaviyə aparılıb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilmiş məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google