Marneuli bələdiyyəsinin ictimai məktəblərində birinci siniflər
üçün 1587 boş yer qalıb.
Bələdiyyə miqyasında ictimai məktəblərdə ümumilikdə 3 217 yer var.
Məlumatlar Təhsil Nazirliyinin rəsmi veb-səhifəsində yayımlanb.
İndiki mərhələdə 1630 yer dolub.
Demək olar ki, əsas qeydiyyat mərhələsinin (III ümumi qeydiyyat)
başa çatmasına baxmayaraq boş qalan yerlərin sayı olduqca çoxdur.
Birinci siniflərin qeydiyyatının sonuncu mərhələsi qalıb.
İndiki
mərhələdə boş/vakant yerlərə I, II və III mərhələdə qeydiyyatdan
keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qəbul
olunacaq.
Təhsil Nazirliyinin rəsmi veb-səhifəsində yerləşdirilmiş məlumata
görə, Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində indiki
mərhələdə birinci sinfə heç bir şagird qeydiyyatdan keçməyib.
Məktəbdə isə 25 boş yer var.
Bəzi məktəblərdə – Saimerlo kənd ictimai məktəbi (25 şagird – gürcü
sektoru), Marneuli 2 saylı ictimai məktəbi (60 şagird – gürcü və
rus sektoru), Marneuli 5 saylı ictimai məktəbi (75 şagird – gürcü
sektoru), Marneuli 6 saylı ictimai məktəbi (150 şagird – gürcü və
rus sektoru), Təkəli ictimai məktəbinin (30 şagird – azərbaycan
sektoru) şagird qəbul etmə limiti artıq dolub
Birinci siniflərin qeydiyyatının üçüncü mərhələsi (ümumi) 2 iyun
tarixində başlayıb və, 25 iyun tarixinə qədər davam edib. 5 iyula
qədər sənədləri təqdim etmək mümkündür.
Marneuli miqyasında 74 ictimai məktəb fəaliyyət göstərir.
Qeydiyyat təhsilin idarəsi məlumat sisteminin rəsmi
veb-səhifəsində, registration.emis.ge.-də həyata keçirilir.
Elektron qeydiyyatı valideyn/qanuni nümayəndə edir. Müəyyən edilmiş
vaxt ərzində sənədlər təqdim olunmadığı halda qeydiyyat avtomatik
olaraq ləğv olunur.
IV mərhələdə birinci siniflərin qeydiyyatı və sənədlərin təqdim
olunması 20 avqustda başlayacaq və 10 sentyabra qədər davam
edəcək.