Gürcüstan Milli Bankının məlumatına görə, ölkədə 574 700 vətəndaş
bir aydan artıq müddətdir ki, banka kreditlərini ödəyə bilmirlər.
Marneulidə də Gürcüstanın başqa regionlarında olduğu kimi kredit
götürənlərin sayı az deyil. İnsanlar müxtəlif ehtiyaclarını
qarşılamaq və ya təsərrüfat işləri ilə məşğul olmaq üçün banklara
üz tutur və kredit götürürlər.
Marneulililərin kreditləri vaxtı-vaxtında ödəyə bilib-bilmədikləri
və hansı səbəbdən kredit götürdükəri ilə bağlı sakinlər arasında
sorğu keçirdik.
Sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki,
kredit götürən insanların əksəriyyəti borcu olan işsiz insanladır.
Onlar düşünürlər ki, insanlar digər borclarını ödəmək üçün banka
borclanırlar. İş olmadığına görə kreditlərini ödəməkdə çətinlik
çəkir, daha sonra isə əlavə faiz ödəməyə məcbur olurlar.
“İş yerimiz, maaşımız yoxdur. Ona görə də çox adam
krediti ödəyə bilmir. Nə əkirik, o da qiymətə getmir. Bazara,
məsələn, 5 karobka pomidor aparırsan, 10 lari pul
istəyirlər”.
“Ölkədə təmiz işsizlikdir, cavanların hamısı ölkədən çıxıb.
İşsizlik baş alıb gedir. Krediti çox insan borca götürür. Bankdan
götürür, borcunu qaytarır. İşsizlik baş alıb, ondan irəli gəlir.
Böyük məbləğləri demirəm, 3000-5000 götürənlərin hamısı borcu
götürüb borc verir. Borcu borcla qaytarır. Bu da işsizliyin
ucbatındandır. Bu dəqiqə Gürcüstanın yarısı banklara işləyir.
Ölkədə iş yoxdur, oradan-buradan qazanıb gətirirlər, amma bu da
çatmır, yenə banka gedir”.
“Həddən artıq işsizlikdir. Hamı qazanmaq və dolanmaq istəyir.
Xarici ölkəyə getməyib ailəsini ölkəsində dolandırmağa çalışanlar
gedir kredit götürür. Kredit verənlər də elə yolla çağırıb,
şirnikdirirlər. Sonra da həmin havanı dəyişdirirlər. Vaxtı keçəndən
sonra da başlayırlar üstünə yazıb artırmağa. Hamı istəyir iş əldə
etsin. Güclü olsun, bu binalardan ev alsın. Deyir, gedim kredit
götürüm. Kredit baqnklarda ki, çəpər çəkiblər. Heç kmin sözü heç
yerdə keçmir”.
“Ödəyəmmirəm ki, pandemiya vaxtı dedilər - ödəsən də
olar, ödəməsən də. Pandemiyadan sonra gətirdim, dedilər ki, üstünə
faiz gəlib. 50%-lə tutdular, hələ də qurtara bilməmişəm. Mənim
kimisi götürüb torpağa verir, torpaq da quraqlıq olur, məhsul
yetişmir, olur belə, ödəyə bilmir, qalır borcda. İşsizliyə görədir,
pensiya alıram, pensiya ilə də ödəmək olmur”.
Qeyd edək ki, Milli Bankın məlumatına görə, vaxtı keçmiş bütün
kreditlərdən 312 900 vətəndaş banklara, 93 900 nəfəri mikromaliyyə
təşkilatlarına, 280 900 vətəndaşın lombardlara, 6 900 nəfəri isə
lizinq təşkilatlarına borcludur. Bildirilib ki, cəmi 574,7 min
vətəndaş ümumi məbləği 4,4 milyon lari (təxminən, 1,7 milyon
dollar) olan 1,1 milyon krediti qaytara bilmir.
Xatırladaq ki, 2018-ci ilin noyabrında Gürcüstanın o vaxtkı Baş
naziri Mamuka Baxtadze 600 mindən çox vətəndaşın 570 milyon
dollarlıq kretidini ödənilməsi haqqında qərar qəbul etmişdi.