Marneuli ərazisində daxili suvarma kanallarının təmizlənməsi və bərpası üçün 81 273 lari dəyərində tender elan olunub
Marneuli bələdiyyəsi ərazisində daxili suvarma kanallarının təmizlənməsi və bərpası işləri ilə bağlı 81 273 lari dəyərində tender elan olunub.

Tender sənədlərinə görə, ekskavatorla quru torpağın təmizlənməsi və daşınması, torpağın əl ilə təmizlənməsi və yüklənməsi, 1 nasosla suyun vurulması, monolit dəmir/betonla kanalların qurulması və s. planlaşdırılır.

Tenderdə verilmiş məlumata görə, xidmət müqavilə bağlandıqdan 2023-cü ilin 01 mart
tarixinə qədər, mərhələli şəkildə yazılı tapşırığa uyğun olaraq göstərilməlidir. Xidmət göstərənə obyektin ünvanı, görüləcək işlərin adı və ya akt, işlərin görülməsi üçün müəyyən edilmiş vaxtlar yazılı şəkildə veriləcək.

Marneuli meriyası daxili suvarma kanallarının təmizlənməsi-bərpası işləri ilə bağlı 9 dekabrda tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 17-20 dekabr tarixlərində təkliflərini təqdim edə bilərlər.


Print ელ. ფოსტა
თეგები: Meriya Suvarma kanalı Tender
FaceBook Twitter Google