Marneuli Bələdiyyə Məclisi 2023-cü il ərzində dövlət büdcəsi ilə
Marneulidə həyata keçiriləcək layihələri təsdiq edib.
Məsələni müzakirəyə çıxaran Adil Əliyev Bələdiyyə Məclisinin
iclasında bildirib ki, Gürcüstanın regionlarında həyata keçiriləcək
layihələr fondundan Bələdiyyə Məclisində təsdiqlənməsi üçün
layihələr siyahısı 9 dekabrda gəlib.
“Bizdən xahiş edirlər ki, Gürcüstan dövlət büdcəsi ilə qeyd olunan
layihələrin həyata keçirilməsi üçün Marneuli Bələdiyyə Məclisindən
təsdiq istəyirlər. Layihələr bunlardır: Marneuli şəhəri
Ağmaşenebeli küçəsinin bərpası, Çanaxçı kəndinin su sisteminin
qurulması, Baydar kəndində və Mollaoğlu kəndində daxili yollara
asfalt qatının çəkilməsi. Xahiş edirəm, bu layihələri bəyənək ki,
Regional Fonddan bu layihələr maliyyələşdirilsin”, –
Adil Əliyev bildirdi.
Marneuli Bələdiyyə Məclisi iclası 16 dekabr tarixində baş tutub.
Deputatlar iclasda müzakirə olunan bütün məsələlərlə bağlı müsbət
qərar qəbul ediblər.