“Safari” tərəfindən aparılmış “Marneuli bələdiyyəsində yaşayan
etnik azlıq nümayəndəsi olan qadınların problem və ehtiyaclarının
araşdırması”-na görə, Marneuli bələdiyyəsində yaşayan qadınlar üçün
ictimai nəqliyyatın qaydasında işləməməsi və əksər hallarda
nəqliyyatın olmaması problemdir.
Araşdırmada iştirak edən müsahiblərə görə, onlar üçün ən ciddi
problem nəqliyyat problemidir. Araşdırmada qeyd olunub ki, əksər
hallarda gənc kişilər müxtəlif yollarla getmək istədikləri yerə
egdirlər,
amma gənc qadınlar bunu edə bilmirlər. Çünki onlar üçün
mədəni və gender rolunu nəzərə almaqla yad adamın maşını ilə getmək
və ya traktora minərək kəndə getmək qəbuledilməzdir.
“Nəqliyyatın olmaması kişilərdən çox qadınlara daha pis təsir edir.
Müsahiblərdən biri deyir:
“Oğluma dedim ki, nə yaxşıdır Marneuliyə kurslara gedirsən, gələn
dəfə bacını da apar. Cavab verdi ki, mən bu gün evdən çıxanda
nəqliyyat yox idi, avtobusla getdim sonra traktorla qayıtdım,
bacımı harada otuzduracağam” (Xancığazlı kəndindən iki abituriyent
anası, evdar xanım)” – araşdırmada qeyd olunub.
“Safari” müsahiblərə əsasən bildirir ki, xüsusilə mərkəzi yollardan
uzaqda yerləşən kəndlər ağır vəziyyətdədir. Çünki əhali bir neçə
kilometr getməli olur ki, mərkəzi yola çıxsın, ictimai nəqliyyata
minsin.
“Səhər tezdən bazara gedirsən, əgər saat 12-yi keçibsə və kəndin
marşrutu artıq gedibsə, kəndin yolunda saxlayan Qırmızı Körpünün
avtobusunu gözləməlisən. Bazardan əlində bu qədər ağırlıqla 3 km
məsaəfni tək getmək mümkün deyil. Hələ ki, qadınsan və bu qədər
yolu piyada necə getməlisən? Kənddən kimsə tanış maşın saxlasa
maşına minməkdən çəkinirsən, sonra xalq nə deyər? Bizim gündəlyimiz
deyil...” – Xancığazlı kəndindən araşdırma
iştirakçısı, 43 yaşlı evdar xanım, 3 nəvənin nənəsi bildirir.
“Marneuli bələdiyyəsində yaşayan etnik azlıq nümayəndəsi olan
qadınların problem və ehtiyaclarının araşdırmasına” görə, yoldan
uzaq kənddən maqistrala qədər bəzən bir neçə kilometrdir və bu
vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə qadınlar, əsasən də yaşlı
qadınlar üçün lap çətindir. Onlar piyada yeriməkdə çətinlik
çəkirlər. Gənc qadınlar üçün gender əlaməti ilə zorakılıq
baxımından təhlükəli də ola bilər. Əgər kimsə kənddə maqistrala
qədər gedə bilsə, xeyli dayanmalı və gözləməli olur, bəzən iki saat
da dayanırlar. Araşdırmaya görə, nqəliyyatın olmaması ən ciddi
problemdir. Müvafiq olaraq, yerli qadınların ən əsas
ehtiyaclarından biri nəqliyyatın qaydasında işləməməsidir.
“Marneuli bələdiyyəsində yaşayan etnik azlıq nümayəndəsi olan
qadınların problemləri və ehtiyaclarının araşdırmasının” məqsədi
etnik azlıq nümayəndəsi olan qadınların yerli siyasətə qoşulmasına
dəstək olmaqdır.