Marneulinin “Yenə də böyüyəcəklər” mərkəzi parkının bərpası
2020-ci ildə başa çatıb.
Bərpa prosesini “İntertexnoloq” MMC iki mərhələdə 1 092 328 lariyə
həyata keçirib.
Park rəsmi olaraq 2020-ci ilin 28 fevralında açılıb. Açılışda o
zamankı majoritar deputatlar, Bələdiyyə Məclisinin sədri, mer,
Kvemo Kartli qubernatoru və s. iştirak etmişdi. Açılışdan bir neçə
ay sonra inventar sıradan çıxıb.
Uşaq sürüşkənləri, yelləncəklər,
stollar, zibil qabları xarab olub, “Mən Marneulini sevirəm” baneri
də sıradan çıxıb”.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi bu il “Yenə də
böyüyəcəklər” abidəsinin ərazisində olan parkın yaşıllaşdırılma
işləri aparmağa qərar verib. Meriya yaşıllaşdırma işləri üçün 644
887 lari xərcləməyi planlaşdırır.
Tenderin şərtlərinə görə, parkın ərazisində bordürlər qurulacaq,
dekorativ beton daşlarla cığır salınacaq, amfiteatr, parkın
girişində olan lövhə bərpa olunacaq, fəvvarə qurulacaq, suvarma
sistemi yaradılacaq, nişanlar, işıqlandırma və naqillər
quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcək.
Yaşıllaşdırma işlərinə əsasən, park ərazisində zeytun, yasəmən və
tikan ağacları əkiləcək. Eləcə də oleandra, spirea, ardıc kimi
həmişəyaşıl kollar əkiləcək. Parkın ərazisində yeni qazon örtüyü da
salınacaq. Qeyd edək ki, park ərazisində qazon örtüyü birinci bərpa
zamanı da salınmışdı. Amma günəşli havalara və susuzluğa görə,
qazon örtüyü quruyub.
Marneuli yerli özünüidarəsi “Yenə də böyüyəcəklər” abidəsinin
ərazisindəki parkın yaşıllaşdırma işləri üçün 19 may tarixində
tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 4
iyundan 9 iyuna qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə
qalib gələn şirkət müqavilə bağlandıqdan 120 gün ərzində işləri
yerinə yetirməli olacaq.