Bu gün, 14 fevral Sevgililər Günü kimi qeyd olunur. Ənənəvi olaraq
sevgililər bir-birlərinə hədiyyələr alırlar.
Həmçinin, Marneulidə də bu hal müşahidə olunur. Gənclərlə yanaşı,
yaşlılar da bu günü qeyd etdiklərini bildirirlər.
“Qoca qarıma” gül aldım. Mən arzu edirəm, bütün
ailələrdə, bütün gənclər, yaşlılar, hər kəs öz xanımına hörmətlə
yanaşsın. Onları yaddan çıxarmasınlar, gül alsınlar və təbrik
etsinlər”, - sevgililər gününü qeyd edən təqaüdçü
vətəndaş deyir.
Bu günə xas olaraq Marneuli bazarında bir çox yumşaq ayı, təbii və
süni güllər, tort-şirniyyatlar, eləcə də aksessuarlar satılır.
“Sevgililər gününə xüsusi olaraq tortlarımız var. 25
larilik tortlar, bu gün üçün 20 laridir. Eyni zamanda sifarişlər
qəbul edirik”, - şirniyyat məmulatları işçisi
bildirdi.
Satıcıların bildirdiklərinə görə, onlar sevgililər günü üçün xüsusi
olaraq alıcılara bir sıra endirimlər edirlər. Eləcə də, sifarişlər
qəbul etdiklərini bildirirlər.
Marneuli bazarında 14 fevral sevgililər gününə xas satılan
əşyaları və qiymətlərini sizlərə təqdim edirik:
- 1 ədəd təbii gül - 4 lari, 3 ədəd - 10 lari,
- 1 buket süni gül - 60 lari,
- 1 ədəd qızılgül - 10 lari, endirimlə - 9 lari,
- 1 buket gül, sifarişlə - 120 lari,
- Böyük ölçülü oyuncaq ayı - 150 lari, kiçik - 25 lari.
Mənşəyini Roma Katolik Kilsəsinin inancından götürən bu gün
Valentin adlı bir din xadiminin adına elan edilən bayram günü kimi
ortaya çıxdı. Bu səbəbdən bəzi cəmiyyətlərdə “Müqəddəs Valentin
Günü” kimi tanınır. Valentin sözü Qərb sivilizasiyalarında da
bəyənilən insan və ya sevgili mənasında istifadə olunur.