Vəkilin bəyanatına görə, Abazova qarşı sübutlar yoxdur
23:16 / 22.11.2018
Temur Abazovun vəkili Qaqi Mosiaşvili Abazovun
işi ilə bağlı yüksək ictimai marağa görə brifinq keçirib və çıxışı
zamanı qeyd edib ki, Temur Abazova qarşı ittiham tərəfindən
məqsədli şəkildə təqib həyata keçirilir. “İttiham tərəfinin Temur Abazova qarşı əlində olan
yeganə sübutu işdə zərərçəkmiş olaraq tanınan Elçin Allahverdiyevin
ifadəsidir. Qeyd olunan şəxs maraqlanan şəxsdir və onun Temur
Abazova qarşı müəyyən marağı var. Zərərçəkmiş olaraq tanına şəxsin
dindirilməsindən sonra o, məhkəmədə gizlənmədən qeyd etdi ki, Temur
Abazova qarşı şəxsi incikliyi, faktiki olaraq şəxsi düşmənçiliyi
var. Ona görə də müəyyən qədər onun tərəfindən verilən ancaq başqa
sübutlarla təsdiqlənməyən məlumat əlbəttə, bizə əsas verir ki,
Temur Abazova qarşı ittiham tərəfindən məqsədli şəkildə təqib
aparıldığını güman edək” - deyir Qaqi Mosiaşvili.
Vəkil eləcə də deyib ki, ittiham tərəfi Temur Abazovla iki maddə
əsasında dava aparır. Elçin Allahverdiyevə qarşı insanlıqdan kənar
yanaşması faktı və həmin şəxsin şəxsi həyatı haqqında gizli
məlumatın sosial şəbəkədə yayımlanması.
Mosiaşvili özü təsdiq edir ki, bu hərəkəti Abazov deyil ittiham
tərəfini təmsil edən, başqa şəxs həyata keçirib. Şahidin özü deyir
ki, bu hərəkəti o, həyata keçirib və Abazovla dava etdikləri, Elçin
Allahverdiyevə qarşı törədilmiş hərəkəti o, yerinə yetirib.
“İttiham tərəfindən əldə olunan sübutlarla mübahisəsiz müəyyən
edilmiş faktdır ki, Temur Abazova qarşı, onun qanuna zidd hansıs
hərəkət etdiyinə dair heç bir şəkildə birbaşa sübut yoxdur. Amma
bununla yanaşı öz dili ilə Temur Abazovla dava edilən hərəkəti
(Elçin Allahverdiyevə qarşı qanuna zidd hərəkət) törətdiyini etiraf
edən adam var. Həmin şəxsə qarşı isə heç bir istintaq fəaliyyəti
həyata keçirilməyib və qeyd olunan şəxsdən ittiham tərəfi Temur
Abazova qarşı istifadə edir” - deyir Qaqi
Mosiaşvili.
Temur Abazovun işinin əsas müzakirəsi davam edir. Xatırladaq ki,
Marneulidə vətəndaş Elçin Allahverdiyevə qarşı həyata keçirilmiş
təhqiredici və insanlıqdan kənar yanaşma faktına dair saxlanılan
Marneuli merinə məhkəmə ön tədbir olaraq həbs cəzasını 14 iyunda
tətbiq edib.