Rustaveli teatrının qarşısında 7 noyabr hadisələrini xatırlama
aksiyası keçirilir.
Toplaşmış vətəndaşlar 11 il əvvəl baş vermiş hadisələri xatırlayır.
7 noyabr 2007-ci ildə o vaxtkı hakimiyyət Parlament qarşısına
toplaşmış xalqı gözyaşardıcı qazdan istifadə etməklə
dağıtmışdı.
Həmin gün xüsusi təyinatlılar “İmedi” televiziyasına daxil
olmuşdular.
Toplaşanlar seçkilərin ikinci turunda birləşmiş müxalifətin
namizədi Qriqol Vaşadzenin Gürcüstan prezidenti olma imkanlarına da
etiraz edirlər.