Qızılhacııdakı 49 saylı seçki məntəqəsində səyyar seçki qutusunu qadınların aparmasına icazə verməyiblər
10:47 / 28.11.2018
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində
49 saylı seçki məntəqəsində səyyar seçki qutusunu qadınların
aparmasına icazə verməyiblər.
Komissiya sədrinin bildirdiyinə görə, bir halda ki, komissiyanın 2
komissiya üzvü də qadın imiş, qutunu onların aparmasını məqsədyönlü
hesab etməyib və funksiyaları özü müəyyən edib.
Məntəqədə komissiya üzvlərinin hüququnun bölünməsi qanun pozuntusu
ilə baş verib. Funksiyaların bölünməsində komissiya üzvlərinin
hamısı iştirak etməyib.
Həmin məntəqədə şikayət kitabçasına hələ ki, 4 şikayət daxil
edilib. Onlardan 2 səyyar seçki qutusu ilə bağlı komissiya
üzvlərinin seçilməsinə, digər ikisi isə “Gürcüstan Gənc
Hüquqşünaslar Assoiasiyasının” müşahidəçisinin işinə mane olma və
gizli səsvermə prinsiplərinin pozulması ilə bağlıdır.