Əgər Murusidze pis idi və bu gün yaxşıdırsa mən də düzələ bilərəm? - Nika Meliya
“Sizdən soruşuram mən niyə pisəm - əgər Murusidze pis idi və bu gün yaxşıdırsa mən də düzələ bilərəm?” – Vahid Milli Hərəkatın lideri Nika Meliya “Tv Pirvelinin” efirində “Reaksiya” verlişində bildirib.

“Bu gün baş verəni sən cinayət hesab etmirsənsə və 2006-cı ildən danışırsansa, Murusidzeni yaxşı insan olaraq xatırlayırsansa, səmimi deyilsən. Vahid Milli Hərəkat 2012-ci ildə hakimiyyətdə öz mövcudluğunu başa vurdu və həmin adamların yarıdan çoxu bu gün Gürcü Arzusundadırlar” – Meliya bildirib.

Onun sözlərinə görə, Gürcü Arzusunun 12 deputatı keçmiş hakimiyyətin təmsilçiləridirlər.

“Murusidze, Bedukidze, Çinçaladze və keçmiş hakimiyyətin yarısı bu gün Gürcü Arzusundadır. Sadəcə ən azı keçən illəri tənqid etmək qeyri-səmimidir və mən bunu qəbul etməyəcəyəm” - Meliya bildirib.

Gürcüstan parlamentinin sədri məhkəmə sistemi ilə bağlı danışarkən dəfələrlə deyib ki, məhkəmə sistemində davamlı problemlər 2012-ci ilə qədər həqiqətən də var idi və “bütün məhkəmə sistemi Adeişviliyə tabe idi”, ancaq həmin kadrların məhkəmə korpusunda qalmasını problem hesab etmədilər.

“2012-ci ilə qədər kütləvi şəkildə pis işlər törədən adamlar indi yaxşı işlər görürlər” – İrakli Kobaxidze hakimlərin siyahısı haqqında danışarkən 2019-cu ilin 5 fevralında verlişdə bildirib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: ნიკა მელია
FaceBook Twitter Google
მსგავსი სიახლეები