Mixeil Saakaşvili - İvanişvilinin kriminal avtoritetləri Avropa
Birliyinin tibbi
missiyasının mənə baş çəkməsinə imkan vermirlər - Avropa
İttifaqının zəhərlənmə izləri tapmağından və vəziyyətin daha ciddi
olduğunu deyəcəklərindən qorxurlar
İvanişvilinin kriminal avtoritetləri nümayişkaranə şəkildə Avropa
İttifaqının hər an məni müayinə etməyə hazır olan tibbi missiyasına
icazə vermirlər - niyə? Çünki onlar qorxurlar ki, “Avropa İttifaqı
zəhərlənmə izi tapmacaq, və görəcəklər ki, vəziyyət onların təsvir
etdiklərindən qat-qat pisdir”, - bu barədə sosial şəbəkədə
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili yazıb.
Saakaşvilinin izah etdiyi kimi, “İvanişvilinin cinayətkar
hakimiyyəti tam hiylə ilə xarakterizə olunur”.
“İvanişvilinin kriminal avtoritetləri nümayişkaranə şəkildə Avropa
İttifaqının hər an məni müayinə etməyə gəlməyə hazır olan tibbi
missiyasına icazə vermirlər. Bəzən nələr uydururlar, bəzən nələr.
Əsl cinayətkarlar kimi özlərinin “şər” hiylələri ilə tam
yalançılığı ilə seçilirlər.
“Baş nazir” və “ədliyyə naziri” camaat qarşısında “məcbur olanda
gələcəklər” deyir, sonra da hər şeyi Penitensiar İdarənin üzərinə
yıxırlar.
Niyə icazə vermirlər? - Çünki onlar qorxurlar ki, Avropa İttifaqı
zəhərlənmə izi tapmacaq, və vəziyyətimin onların təsvir etdiyindən
qat-qat pis olduğunu deyəcəklər.
“Eyni zamanda, məlumatın Strasburqa vaxtında çatmaması
üçün vaxt itirirlər, çünki müvəqqəti tədbirin tətbiqi məsələsi həll
olunan zaman xüsusi olaraq missiyaya icazə vermirdilər ki, məhkəmə
Penitensiar Departament və onların nəzarətində olan Vivamedin
materiallarına əsaslansın”, - Saakaşvili yazıb.