"Xarici ölkə vətəndaşlarına torpaq sahəsini əkib-becərmədikləri halda mülklərində olan torpaq sahəsini əkib becərmək öhdəliyi qoyulacaq" - bu qayda Gürcüstan vətəndaşlarına aid olacaq yoxsa yox
Xarici ölkə vətəndaşlarına torpaq sahəsini əkib-becərmədikləri halda mülklərində olan torpaq sahəsini əkib becərmək öhdəliyi qoyulacaq. Bu dəyişikliyi torpaq haqqında orqanik qanun nəzərə alacaq və onun təşəbbüsü parlamentdə fevral ayında baş tutacaq.

“Bizim layihəyə əsasən toprağın becərilmədən mülkdə olması ilə bağlı maksimum xarici ölkə vətəndaşları üçün iki illik silsilsə var. Ancaq müddət azala bilər. Bu müzakirə mövzsudur. Bu
dövr keçdikdən sonra əgər xarici ölkə vətəndaşının mülkündə olan torpaq sahəsinin becərilməsi olmazsa onlar sahəni ya başqasına verməyə ya da ki, qanuna uyğun olaraq icarəyə vermək yaxud da özləri bercəmək məcburiyyətində olacaqlar. Bizə kənd-təsərrüfatına aid olan torpaq sahələrinin maksimum dərəcədə istifadə olunması lazımdır” – bildirib Otar Daneliya.

Qeyd olunan məhdudiyyətlər Gürcüstan vətəndaşlarının mülkündə olan torpaq sahələrinə aid deyil.

“Mən başa düşürəm ki, kimin üçünsə bu ayrı-seçkilikdir və diskriminasiya olaraq səslənə bilər. Ancaq düşünürəm ki, bu çox normal yanaşmadır. Hələ ki, bu dəyişikliklərin sektorda birbaşa xarici investisiyaların həcminə təsiri olmayacaq. Müəyyən sanksiyalar Gürcüstan vətəndaşları üçün də olacaq, ancaq xarici ölkə vətəndaşlarına olduğu qədər ciddi deyil” – bildirib Otar Daneliya.

Xatırladaq ki, xaricilərə torpa sahəsinin verilməsi ilə bağlı moratorium 2017-ci ilin dekabrında elan edilib. Keçən ilin dekabrından isə yeni konstitusiyaya əsasən xaricilərə torpaq satışı məhdudlaşdırılıb.

Qeyd edilməlidi rki, indiki mərhələdə xarici ölkə vətəndaşı olan fiziki şəxslərin istifadəsində ümumi hesabda 50 min hektar torpaq sahəsi var. Bu sahələr xaricilərə ölkədə moratorium elan olunana qədər verilib.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები