Xəbərlər
Məhkəmə dövlət əmlakının yalnız Patriarxlığa verilməsini Konustitusiyaya zidd hesab edib
Mübahisəli normanın dövlət əmlakını pulsuz olaraq yalnız Pravoslav kilsəsinin mülkiyyətinə verilməsi imkanını nəzərdə tutan normativ məzmununu Konstitusiya Məhkəməsi Konstitusiyaya zidd hesab edib.
Müvafiq qərarı hakimlər kollegiyası ötən gün, 3 iyul tarixində verib.
Qeyd olunan norma ilə əlaqədar şikayəti Gürcüstanda fəaliyyət göstərən bir neçə dini təşkilat, o cümlədən, Gürcüstan Evangelist-Baptist Kilsəsi, Gürcüstan Evangelist-Lüteran Kilsəsi, Azad olunmuş Xristianların Müqəddəs Kilsəsi, Gürcüstan İncilə İnam Kilsəsi və Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi hazırlamışdılar.
Mübahisənin mövzusunu “Dövlət Əmlakı Haqqında” Gürcüstan qanununun Gürcüstan Apostol Avtokefal Pravoslav kilsəsinə dövlət mülkiyyətində olan əmlakı pulsuz olaraq almaq imkanı verən norması idi.
Konstitusiya Məhkəməsinin məlumatına görə, iddiaçı tərəf normanın yalnız Patriarxlığa dövlət mülkiyyətində olan əmlakı pulsuz olaraq almaq imkanı verdiyini, digər dini icmaları isə bu hüquqdan kənarda qoyduğunu bildirirdi.
“Cavabdeh (Patriarxlıq) tərəfin izahatında qeyd olunub ki, dövlət və Pravoslav Kilsəsi arasında mövcud olan xüsusi əlaqələrə dəstək, xüsusilə, Gürcüstan Konstitusiyasının 9-cu maddəsinin tələbləri – ölkə tarixində Gürcüstan Apostol Avtokefal Pravoslav Kilsəsinin xüsusi rolunun qəbul olunması mübahisəli normanın legitimliyi deməkdir”, - məhkəmənin bəyanatında qeyd olunub.
Qərarı əsaslandırarkən hakimlər kollegiyası qeyd edib ki, Pravoslav Kilsəsinin xüsusi rolunun qəbul edilməsi onun imtiyazlı mövqeyə malik olması demək deyil.
“Məhkəmə qeyd edib ki, kilsənin xüsusi rolunun qəbul olunması onun tarixi töhfələri ilə bağlıdır və hal-hazırda Pravoslav xristian dininə qeyd olunan mühitlə əlaqəsi olmayan hüquqi imtiyazlı mövqenin yaradılmasına xidmət etmir.
Beləliklə, Konstitusiyanın 9-cu maddəsinin birinci bəndinin məzmunu fərqlilik və kilsənin hüquqi üstünlüyünün yaradılması deyil. Məhkəmənin dəyərləndirmələrinə görə, Konstitusiyanın bu tənzimləməsinin məqsədi Pravoslavlığa imtiyazların verilməsi demək deyil.
Bundan əlavə, Pravoslav Kilsəyə müəyyən güzəştlərin olunması digər dini təşkilatların eyni imkanlardan faydalanmasına maneəçilik anlamına gəlmir”, - məhkəmə qeyd edib.
Məhkəmə onu da bildirib ki, Kilsənin mübahisəli normaya əsaslanaraq özəlləşdirilə biləcək istənilən növ əmlakı öz mülkiyyətinə ala bilər:
“...Belə bir tənzimləmə əmlakın verilməsi və kilsənin xüsusi rolunun qəbul edilməsi arasında birbaşa məqsədyönlü əlaqələrin müəyyən edilməsini qeyri-mümkün edir”.
Hakimlər kollegiyası qeyd edib ki, diskriminasiyanın aradan qaldırılması müzakirə olunan məsələnin tamamilə ləğv olunması, eyni zamanda onun bərabərhüquqlu şəxslərə bərabər səviyyədə tətbiq olunması yolu ilə mümkündür. Məhkəmənin bəyanatına görə, belə məsələlərin həlli Parlamentin səlahiyyətindədir, buna görə də Konstitusiyaya zidd elan olunmuş normaların dayandırılması 2018-ci il 31 dekabr tarixinədək təxirə salınıb.
Mənbə: "netgazeti.ge"
| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Hələ də istirahət
gününüzü necə dəyərləndirəcəyinizlə bağlı plan qurmayıbsınızsa,
aşağıda təqdim etdiyimiz maraqlı məsləhətlərdən faydalana
bilərsiniz.
10:44 / 18.11.2018
Hələ də istirahət gününüzü necə dəyərləndirəcəyinizlə bağlı plan qurmayıbsınızsa, aşağıda təqdim etdiyimiz maraqlı məsləhətlərdən faydalana bilərsiniz.
Qoç - hadisələrin axarı sakitlik və
təmkin tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız
predmetlə bağlı informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə
varmayın. Başqasını müzakirə edəndə sərt danışmayın.
09:10 / 18.11.2018
Qoç - hadisələrin axarı sakitlik və təmkin tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə bağlı informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə varmayın. Başqasını müzakirə edəndə sərt danışmayın.
17 noyabrda Bkıda müxalifət liderləri – “Xalq Frontu”nun lideri Əli
Kərimli və “Milli Demokartik Qadınlar Şurasının” üzvü Cəmil
Həsənlini həbs ediblər.
02:25 / 18.11.2018
17 noyabrda Bkıda müxalifət liderləri – “Xalq Frontu”nun lideri Əli Kərimli və “Milli Demokartik Qadınlar Şurasının” üzvü Cəmil Həsənlini həbs ediblər.
DİN-in Kvemo Kartli Departamentinin əməkdaşları 1980-ci il
təvəllüdlü keçmişdə məhkum edilmiş A.Q.-nı hakimin hökmü əsasında
Rustavidə saxlayıblar. O, oğru dünyasının üzvlüyündə və qəsb etmədə
ittiham olunur.
23:26 / 17.11.2018
DİN-in Kvemo Kartli Departamentinin əməkdaşları 1980-ci il təvəllüdlü keçmişdə məhkum edilmiş A.Q.-nı hakimin hökmü əsasında Rustavidə saxlayıblar. O, oğru dünyasının üzvlüyündə və qəsb etmədə ittiham olunur.
DİN-in Sameqrelo-Zemo Svaneti polis Departamentinin Poti şəhər
idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1987-ci
il təvəllüdlü V.Q.-nı böyük midarda narkotik maddəsnin qanunsuz
əldə edilməsi və saxlanılması ittihamı ilə saxlayıb.
23:21 / 17.11.2018
DİN-in Sameqrelo-Zemo Svaneti polis Departamentinin Poti şəhər idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1987-ci il təvəllüdlü V.Q.-nı böyük midarda narkotik maddəsnin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə saxlayıb.
Alimlər müəyyən ediblər ki, gün ərzində 6 saatdan
az yatan insanlarda insult riski
yüksəkdir.
19:58 / 17.11.2018
Alimlər müəyyən ediblər ki, gün ərzində 6 saatdan az yatan insanlarda insult riski yüksəkdir.
İsani-Samqori polisi Tbilisidə 1990-cı ildə anadan olmuş bir şəxsi
saxlayıb.
15:20 / 17.11.2018
İsani-Samqori polisi Tbilisidə 1990-cı ildə anadan olmuş bir şəxsi saxlayıb.
Qoç -
ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil.
Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa
çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə
qatılmayın.
12:46 / 17.11.2018
Qoç - ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil. Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə qatılmayın.
პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით
ვიდეო სიახლეები