Bu gün, oktyabrın 30-da Tbilisidə Tsereteli prospektindəki yaşayış
binalarından birinin 14-cü mərtəbəsindən 25 yaşındakı bir adam
düşüb və sağ qalıb.
Təcili tibbi yardım mərkəzindən məlumati “Netgazeti”yə
təsdiqləyiblər.
Təcili tibbi yardım gənci Milli Cərrahiyə Mərkəzinə aparılmışdır.
Onun bədəninə ləkələr var, amma o, özünü yaxşı hiss edir və həkimin
suallarını düzgün cavablandırır.
“Netgazeti” Milli Cərrahiyyə Mərkəzi ilə əlaqə saxlayıb, lakin
mərkəzdən heç bir məlumat verməyiblər. Bunadək isə Mərkəz
“İnterpressnews”a məlumat verib və həmin məlumata görə, gənc
pəncərənin kənarından ayağı sürüşüb və təsadüfən yıxılıb. Mərkəzin
bildirdiyinə görə, gənc binanın altındakı qaraja yıxılmış və
"puflar"ın üstünə düşmüşdür, güman ki, onun həyatını xilas edən də
bu olmuşdur.
Mənbə:
Netgazeti