Dünyanın fərqli ölkələrində insanlar səhər yeməyində nə yeyir?
Həmin yeməkləri sizə təqdim edirik

Almaniya: ənənəvi səhər yeməyi ət assortisindən ibarət olur, həmçinin bura sosis, yeni bişmiş çörək və yerli pendirləri də əlavə etmək olar


Fransa: ənənəvi səhər yeməyini kofə ilə kruasan və digər şirin pirojnalar təşkil edir


Yaponiya: ənənəvi səhər yeməyini miso şorbası, ağ düyü və yapon turşuları təşkil edir


Braziliya: ənənəvi səhər yeməyinə pendir, çörək qəhvə və süd daxildir


İngiltərə: ənənəvi səhər yeməyi yumurta, sosis, bekon, lobya və göbələkdən ibarət olur


Azərbaycan: çörək,pendir,yağ,yumurta,mürəbbə, bal, qaymaq, şor və çaydan ibarətdir


Polşa: ət, kolbasa, pendir, şokolad, yağ və s. Polşanın ənənəvi səhər yeməyi hesab edilir


ABŞ: ənənəvi səhər yeməkləri regiona görə dəyişir ancaq əsasən yumurta,bekon,sıyıq və pankeykdən ibarət olur


Pakistan: Pakistanlılar səhər yeməyində nijar kimi ətirli,malın ayağ hissəsindən hazırlanan ət yeməklərindən zövq alırlar


Avstraliya: tipik səhər yeməyi dənlərdən və tostdan ibarətdir


İtaliya: bir çox İtalyan səhər yeməyini kappuçino və biskotti peçenyası ilə edir


Rusiya: ənənəvi səhər yeməyi yulaf və kəsmikli çörəkdən ibarətdir


Çin: ənənəvi səhər yeməkləri regionlarda dəyişir, ancaq ən məşhur isə fərqli cür hazırlanan dimsamdır


Türkiyə: ənənəvi türk səhər yeməyi çörək,pendir,yağ,zeytun,yumurta,pomidor,xiyar,mürəbbə, bal və qaymaqdan ibarət olur. Hətta buraya sucuq – ətirli türk kolbasası və türk çayınıda əlavə etmək olar




Print ელ. ფოსტა
FaceBook Twitter Google