Bu salatın hazırlanması olduqca asandır
Kələm salatını ev şəraitində günün istənilən saatlarında asan şəkildə hazırlaya bilərsiniz.
Sizə salatın hazırlanma qaydasını təqdim edirik

Ərzaqlar
  • 750 qram təzə kələm
  • 1-2 ədəd kök
  • 3x.q bitki yağı
  • 80 qram yaşıl soğan
  • 1/2 stəkan üzüm sirkəsi (3%-li)
  • 2x.q şəkər tozu
  • 1ç.q duz

Hazırlanması


  • Əvvəlcə yuyulmuş kələmi dörd yerə bölün, özəyini çıxarın.Sonra həmin hissələri nazik doğrayıb, dərin olmayan boşqaba qoyub duzlayın və şirəsini buraxanadək və yumşalanadək ovxalayın.
  • Bundan sonra şirəni sıxın, kələmi saxsı, emal və ya şüşə qaba qoyun, xırda doğranmış və ya sürtgəcin iri gözündən keçirilmiş kök,sirkə əlavə edib qarışdırın. 2-3 saat soyuq yerdə saxlayın.
  • Süfrəyə verməzdən əvvəl bitki yağı, şəkər əlavə edib qarışdırın.Salat qabına qoydudan sonra üzərinə yaşıl soğan və ya şüyüd səpin.

Qeyd: Bu salatı qəlyanaltı ya da qarnir kimi ət və ya toyuq ətindən, həmçinin qaynadılmış  balıqdan hazırlanmış soyuq və qaynar yeməklərlin yanında vermək olar.

Nuş olsun!
Print ელ. ფოსტა
თეგები: Marneulifm kələm salatı Kulinaria
FaceBook Twitter Google