Kələm salatını ev şəraitində günün istənilən
saatlarında asan şəkildə hazırlaya bilərsiniz.
Sizə salatın hazırlanma qaydasını
təqdim edirik
Ərzaqlar
- 750 qram təzə kələm
- 1-2 ədəd kök
- 3x.q bitki yağı
- 80 qram yaşıl soğan
- 1/2 stəkan üzüm sirkəsi (3%-li)
- 2x.q şəkər tozu
- 1ç.q duz
Hazırlanması
- Əvvəlcə yuyulmuş kələmi dörd yerə
bölün, özəyini çıxarın.Sonra həmin hissələri nazik doğrayıb, dərin
olmayan boşqaba qoyub duzlayın və şirəsini buraxanadək və
yumşalanadək ovxalayın.
- Bundan sonra şirəni sıxın, kələmi
saxsı, emal və ya şüşə qaba qoyun, xırda doğranmış və ya sürtgəcin
iri gözündən keçirilmiş kök,sirkə əlavə edib qarışdırın. 2-3 saat
soyuq yerdə saxlayın.
- Süfrəyə verməzdən əvvəl bitki
yağı, şəkər əlavə edib qarışdırın.Salat qabına qoydudan sonra
üzərinə yaşıl soğan və ya şüyüd səpin.
Qeyd: Bu salatı
qəlyanaltı ya da qarnir kimi ət və ya toyuq ətindən, həmçinin
qaynadılmış balıqdan hazırlanmış soyuq və qaynar yeməklərlin
yanında vermək olar.
Nuş olsun!