12 noyabr üçün ulduz falı
Qoç - işdə uğurlar istisna deyil. Peşəkar məziyyətləriniz və bacarıqlarınız diqqətsiz qalmayacaq. Karyera müstəvisində irəliləyə bilərsiniz. Nüfuzlu insanların dəstəyindən yararlanın.

Buğa - mürəkkəb, amma məhsuldar gündür. Asan qələbələrə bel bağlamayın. Qarşıya qoyduğunuz məqsədlərə yalnız böyük səylər və zəhmət bahasına çata biləcəksiniz. İş və karyera ilə bağlı məsələlərdə diqqətli olun.
Yaxınlarınızın ümid etdikləri kompromisləri unutmayın. Amma maraqlarınızı da qurban verməyin.

Əkizlər - müsbət təmayüllərin təsiri artacaq. Uğurlu gündür. Yeni kəşflər, dəyərli məlumatın alınması, önəmli görüş ola bilər. Aktiv olun.İctimai həyatdan kənarda qalmayın.

Xərçəng - sakit və təmkinli qalmaq asan olmasa da, hisslərinizə nəzarət edin. Belədə çətin situasiyalarda özünüzü itirməyərək dürüst qərarlar verə bilərsiniz. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Çətinliklərdən qeyri-standart çıxış yolları var.

Şir - əlverişli, yaxşı gündür. Yeni problemlər yaranmayacaq. Günlərdən bəri çözümünü gözləyən məsələni qulaqardına vurmayın. Strateji düşünün, situasiyanın inkişaf istiqamətlərini təxminləməyi bacarın. Köhnə düşməni zərərsizləşdirin, bədxahları yolunuzdan kənarlaşdırın.

Qız - maraqlı məlumat, mühüm xəbər alacaqsınız. Həmin məlumat planlarınıza təsir edəcək. Dəyişikliklər qaçılmazdır. Bəzi məqsədlərə çatmaq üçün yeni yollar seçilməlidir. Fərqli ideyalardan bəhrələnin.

Tərəzi - günün ilk yarısında kiçik anlaşılmazlıqlar və çətinliklər istisna deyil. Fəqət problemlərin hamısını ürəyinizə salmayın. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri artacaq.

Əqrəb - ən ağır peşəkar tapşırıqlar və problemlərin öhdəsindən gələcəksiniz. Mürəkkəb sifarişlə bağlı fəaliyyətdə tələskənliyə yol verməyin. Əməyinizə görə ödəniş və ya mükafat özünü çox gözlətməyəcək.
Axşam saatlarında qəfil etiraf istisna deyil.

Oxatan - gün ərzində çox iş görə bilərsiniz. Yaşam enerjiniz yetərincədir. Bütün günü tər içində çalışsanız da, ifrat yorğunluq hiss etməyəcəksiniz. Sizi narahat edəcək yeganə məqam isə dediklərinizi asanlıqla anlamayan insanlarla ünsiyyət olacaq. Çoxsaylı suallar yarana bilər.

Oğlaq - səbrli və təmkinli olun. Məqsədə çatacaqsınız. Hadisələri tələsdirmək mənasızdır. Xoşagəlməz görüşlər, peşəkar fəaliyyət müstəvisində gərgin mübahisələr riski var. Emosiyalarınıza hakim olun. Münaqişəyə yol verməyin.
Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir. Anlaşma, sövdələşmə və müqavilə üçün münasib zamandır.

Dolça - ciddi şəkildə çalışmalı olacaqsınız. Məqsədlərə asanlıqla çatacağınızı düşünməyin. İş və karyera ilə bağlı məsələlərdə sərvaxt davranın. Həmkarlar və rəhbərliklə müəyyən fikir ayrılıqları yarana bilər. Uzun müddətdən bəri, məhsuldar formada əməkdaşlıq etdiyiniz insanlarla münasibətləri korlamayın.

Balıqlar - yaxşı gündür. Problemlər yaransa da, sizin üçün həddən ziyadə əhəmiyyətli sahələrdə olmayacaq. Yaşananları sakit qəbul edin. Sakit və təmkinli olun. Dürüst qərar verməyə çalışın.

Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google