13 noyabr üçün ulduz falı
Qoç - peşəkar fəaliyyət sahəsində problemlər yaranacaq. Onların səbəbi gəlirləriniz və karyeranızın inkişafının asılı olduğu insanla dil tapa bilməməyinizdir. Belə çətin situasiyada təmkinli, səbrli davranmalısınız. Emosiyaların əsiri olsanız, yeni çətinliklər yaranacaq.

Buğa - məntiqli və soyuqqanlı olun. Nikbinliyi əldən verməsəniz, problemlərin öhdəsindən gələcəksiniz. Başqalarına çıxılmaz təsir bağışlayan vəziyyətin yaratdığı çətinlikləri həll edəcəksiniz. Təxəyyülü işə salın. Yaxın ətrafınızdakı insanları müşahidə edin.

Əkizlər - başladığınız işdə uğur qazanacaqsınız. Yaradıcı yanaşma və proseslərə qeyri-standart baxış irəliləyiş vəd edir. Yeni ideyalar pis deyil. Onlardan bəzilərini gerçəkləşdirmək zamanıdır.

Xərçəng - əks cins mənsubu ilə təmaslarda sayıq olun. Çalışdığınız yerdə rəhbər qadındırsa, bu gün ehtiyatlı olun. İşgüzar təklifləri diqqətlə dəyərləndirin. Alqı-satqı və sərmayə ilə bağlı qərar üçün əlverişli zaman deyil.

Şir - səxavətli olun. Qohumlarınız və yaxınlarınızın dadına çatın. Amma öz işinizi də unutmayın. Az sonra maliyyə durumunuzda irəliləyişlər olacaq. Ünsiyyət və çoxsaylı təmaslar tələb edən məsələdə uğur istisna deyil.

Qız - ünsiyyət üçün əlverişli zamandır. İşgüzar məsələləri müzakirə etmək, şəxsi münasibətlərdəki çətinlikləri nəzərdən keçirmək olar. Potensial tərəfdaş axtarışına çıxın. Maraqlı saydığınız mövzularda söhbət apara bilərsiniz.

Tərəzi - çətinliklər və problemlərdən xali olmayan gündür. Buna rəğmən, sədlərlə maneələri tez dəf edəcəksiniz. Yaşam təcrübəniz və bilikləriniz karınıza gələcək. Ənənəvi, rutin məsələlərin öhdəsindən gəlməklə yanaşı, yeni problemləri həll edin. Diqqəti əsas məsələyə yönəldin.

Əqrəb - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə etsəniz, irəliləyiş olacaq. Yolunuzdakı sədlər kiçik, maneələr qeyri-ciddidir. Dostlar sizə yardım edəcəklər. Çətin anlarda sayıq olun.

Oxatan - xoş hadisələr vəd edən uğurlu gündür. Yeni işlərə başlamaq olar. Onları bitirəcəyənizə, əsla şübhə etməyin. Sınanmış tərəfdaşlar və etibarlı dostlar sizə yardım edə bilərlər.

Oğlaq - dostlarla əməkdaşlıq və ünsiyyət üçün yaxşı gündür. Bütün məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. İşgüzar danışıqlarda səlis davranın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün var gücünüzlə çalışın.

Dolça - işgüzar intuisiyanız iti olmalıdır. Məhz onun sayəsində yaxşı gəlir əldə etmək, sərfəli anlaşmalara sahiblənmək imkanını qazanacaqsınız. Yeni işlərə başlamaq olar. Bir şərtlə ki, bu işləri təkbaşına, müstəqil şəkildə bitirəcəyinizi yəqinləməlisiniz.

Balıqlar - maraqlı tanışlıq olacaq. Qarşınızda yeni üfüqlər açacaq insanla görüşəcəksiniz. Karyeranızın inkişafına və bacarıqlarınızı reallaşdırmağa mane olan fikir ayrılıqlarını aradan qaldıra biləcəksinz.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google