Evdar Xanımlar üçün 10 faydalı məsləhət
Evdar
xanımlar üçün hazırladığımız 10 faydalı və maraqlı məlumatı təqdim
edirik:
Keks,
tort, peçenye təzə qalıb köhnəlməsin deyə onların içərisində bir
parça çörək qoyulmuş dəmir qutuda saxlamaq lazımdır. Belə vaxtda
qutudakı çörəyi iki gündən bir dəyişdirib təzəsi ilə əvəz etməyi
unutmayın.
* * *
Soğan iyi ətrafdakılara xoşagəlməz təsir bağışlayır.Yaranan qoxunun
qarşısını almaq üçün soğan yeyəndən sonra süd içmək kifayətdir.
* * *
Balığı yuyarkən əvvəlcə üzərindən qaynar su
töksəniz pullarını tamamı ilə asan şəkildə təmizləyə
bilərsiniz.
* * *
Yağlı xəmir yoğurarkən ona heç vaxt süd əvəzinə su qatmayın. Əks
təqdirdə belə xəmiri bişirəndə rəngi qaralar, dadsız olar.
* * *
Əti, tamam bişməyincə duzlamaq məsləhət görülmür. Çiy ətə duz
vurduqda üstü qaysaqlanır, beləliklə ət quru olur və gec bişir.
* * *
Əgər piroq bişdikdən sonra tavaya yapışıb qopmursa, onu bir neçə
dəqiqəliyə yaş əskinin üstündə saxlayın. Bəzən tort da bişdiyi
tavadan qopmur. Belə vaxtda tavanı əvvəlcə soyudub sonra altını
cəld isidin. Belə etsəniz, tort asanlıqla tavadan qopacaqdır.
* * *
Yanmasın deyə südü qaynadarkən əvvəlcə qazanı soyuq su ilə
yuyun.
* * *
Süd qaynayanda çürüməsin deyə, südün içərisinə azca şəkər (hər litr
südə bir çay qaşığı ) tökün.
* * *
Bəzən kartofun qabığını soyduqdan sonra müxtəlif səbəblər üzündən
onu bişirmək lazım olmur. Belə vaxtda narahat olmayıb, soyulmuş
kartofun üstünə un səpin. Soyulmuş kartofu unun içərisində
saxlasanız o, qaralıb qurumaz.
* *
*
Soyulub təmizlənmiş tərəvəzlərin vitaminləri itməsin deyə tərəvəzin
üstünə soyuq su yox, isti su tökün.