Rahat yata bilməyənlər üçün faydalı məsləhətlər
Yuxusuzluq insan sağlamlığına zərbə vuran əsas amillərdən biridir. Normal yuxu təmin edilmədiyi halda orqanizmin tam sağlamlığından söhbət gedə bilməz. Yuxu rejiminin pozğunluğu orqanizmdə ağır fəsadlar törətməklə ən ciddi xəstəliklərə belə səbəb olur. Bunları nəzərə alaraq yuxu rejiminə daima nəzarət etmək, sağlam həyat tərzinin əsası olan sağlam və dərin yuxuya sahib olmaq üçün bütün mümkün olan vasitələrdən istifadə etmək lazımdır.

Yatmazdan əvvəl ayaqlarınızı ilıq su ilə yuyun, daban və ayaq pəncələrinizi küncüt yağı ilə isladılmış pambıqla silin. Bu ən yaxşı təbii sakitləşdirici vasitələrdən biridir.



Yatarkən üzünüzü yorğanla örtməyin. Adətən soyuq havalarda insanlar buna vərdiş edirlər. Bu isə olduqca zərərlidir. Belə ki, üzü bağlayarkən orqanizm lazımi havanı qəbul edə bilmir.



Ya
taq dəstinizin təmiz və quru olmasına xüsusi diqqət yetirin. Nəm və çirkli dəstlərdə yatmaq orqanizm üçün təhlükəlidir.




Tez yatıb, tez durmağı vərdiş halına salın. Belə vərdiş sizi gün ərzində gümrah və enerjili saxlayacaq.




Qarnı üstə yatmayın. Bu nəfəsalmanı çətinləşdirir, dərin və sağlam yuxuya mane olur.



Yatmazdan öncə otağın havasını dəyişin. Çox isti otaqda yatmağa adət etməyin.



Yataq otağında heç bir məişət cihazı saxlanılmamalıdır. Televizor, kompüter, planşet, smartfonları yataq otağına qoymaq qəti yolverilməzdir.



Yatmazdan qabaq yeməkdən imtina edin. Dolu mədə ilə yatmaq normal yuxuya mənfi təsir göstərir. Digər bir tərəfdən isə yuxu öncəsi qəbul edilən qidanın orqanizm üçün heç bir faydası olmur. Əksinə bu qidalar orqanizmdə toksinlərin yaranmasına səbəb olur.



Yuxunuzun dərin və sağlam olmasını istəyirsinizsə yatmazdan ən azı 1-2 saat əvvəl zehni əməklə məşğul olmaqdan çəkinin.



Bu adi qaydalara riayət etməklə sağlam yuxu sizdən qaçaq düşməyəcək və siz səhərinizi gümrah və xoş əhvalla açacaqsınız.


Print ელ. ფოსტა
თეგები: Rahat yatmaq Marneulifm Marneuli
FaceBook Twitter Google