Azərbaycan hakimiyyəti – Norveç səfiri mitinqlərə gedirdi və onu qovmağı düşünürdük
Azərbaycan Prezident Administrasiyasından bildirirlər ki, Bakı ölkədəki Norveç səfirliyinin bağlanmasına görə narahat deyil.
İlham Əliyevin administrasiyasının nümayəndəsi Hikmət Hacıyev deyir ki, Norveç səfirliyinin bağlanması adi haldır və narahatçılığa və ya təşvişə əsas yoxdur.

“Dövlət səfirliyinin açılması və ya bağlanması qərarını hər bir ölkə öz milli maraqları əsasında qəbul edir. Norveç səfirliyinin bağlanması bu ölkənin öz işidir”, –
Hacıyev deyib.

Hacıyev, həmçinin Norveç səfirliyinin və şəxsən səfirinin fəaliyyətini də tənqid edib. Onun dediyinə görə, səfir Steynar Gil diplomatik protokolu pozurmuş və Azərbaycanın daxili işlərinə qarışırmış.

“İş görmək əvəzinə o, mitinqlərdə iştirak edirdi və digər qeyri-qanuni fəaliyyətlərlə məşğul idi. Buna görə Azərbaycan hakimiyyəti Norveç səfirinin ölkədən qovulması məsələsini də müzakirə edirdi. Nəticədə Norveç hakimiyyəti öz səfirini vaxtından əvvəl geri çəkdi”, – Hacıyev bildirib.

Bunadək isə Azərbaycan Xarici İşlər Nazirliyi nisbətən mülayim bəyanat vermişdi. Nazirliyin mətbuat xidməti Norveç səfirliyinin bağlanmasına görə təəssüfləndiklərini bildirmişdir.

Xatırladaq ki, dünən məlum olmuşdu ki, Azərbaycandakı Norveç səfirliyi bağlanacaq və Oslo diplomatik nümayəndəliyini Gürcüstanda açacaq.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
თეგები: Səfirlik Norveç Azərbaycan
FaceBook Twitter Google