Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin isinməsini,
həll olunmasını istəyirik.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı
erməni jurnalistin sualına cavab olaraq bildirib.
O qeyd edib ki, Türkiyə və Ermənistan arasında hal-hazırda karqo və
hava daşınmaları üzrə danışıqlar gedir, xüsusi nümayəndələr ilə
xarici işlər nazirlikləri bunları müzakirə edir.
“Bizim ilkin
şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda
sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç
bir problem qalmaz. Qapılarımızı, hava, avtomobil və dəmir
yollarımızı açarıq”.