Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan
Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünü şərh edib.
O, bu barədə tviter səhifəsində yazıb.
"Praqada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa
Prezidenti ilə gərginliyin davamlı azaldılmasını və Avropa
İttifaqının dəstəkləməyə hazır olduğu sülh səylərinin
intensivləşdirilməsini müzakirə etdik", - paylaşımda
deyilir.