İndoneziyanın Yava adasında baş vermiş zəlzələ qurbanlarının sayı
56 nəfərə çatıb.
TASS xəbər verir ki, bu barədə İndoneziyanın "Kompas" qəzeti
məlumat yayıb.
Hazırda 100-dən çox insanın itkin düşdüyü bildirilir.
Son məlumatlara görə, xəsarət alanların sayı 700 nəfəri ötüb,
onların əksəriyyətinin vəziyyəti ağırdır.