İranda baş verən etirazlar zamanı həbs olunan qadınlar
həbsxanalarda zorlanır.
Bu barədə CNN hadisə şahidlərinə istinadən məlumat yayıb.
Həbs olunan qadının sözlərinə görə, o polis məntəqəsində bir gün
saxlanılıb və ona da qarşı cinsi zorakılıq əməli törədilib.
Həmçinin o da qeyd olunub ki, artıq 2 aydan çoxdur davam edən
etiraz aksiyalarında ən azı
378 nəfər öldürülüb, xeyli sayda insan
yaralanıb və 15 minə yaxın aksiya iştirakçısı həbs olunub.
O da əlavə olunub ki, aksiyaya qoşulan qadınların həbs olunması
üçün videomateriallardan istifadə olunur və hətta aksiyalarda
iştirak etməyərək sosial şəbəkə hesablarında etiraz edənlər də həbs
edilir və işgəncələrə məruz qalır.
Xatırladaq ki, Məhsa Əmini adlı tələbə qızın polis bölməsində
öldürülməsindən sonra bu ilin 16 sentyabr tarixindən İranda kütləvi
etirazlar davam edir.